top of page
asas.png

Azərbaycan Respublikası
Su Təsərrüfatı İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

Fəaliyyət

istiqamətləri

Ali

orqanlar

Hüquqi

baza

Sosial əmək

hüquqları

Beynəlxalq

əlaqələr

Əməyin

mühavizəsi

Gənclər

siyasəti

Gender

siyasəti

Astirk Xəbər

_edited.jpg

Xəbər 1

sjfhfjhdfjjsfsjhsjh jshdsjd  hsdnsjhjsdms jshds sdksdjsd skdsd sdsd 

Xəbər 1

sjfhfjhdfjjsfsjhsjh jshdsjd  hsdnsjhjsdms jshds sdksdjsd skdsd sdsd 

Xəbər 1

sjfhfjhdfjjsfsjhsjh jshdsjd  hsdnsjhjsdms jshds sdksdjsd skdsd sdsd 

Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. I fəsil Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi; 1.0.2. gənclər - yaşı 14-dən 29-dək olan şəxslər; 1.0.3. gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn; 1.0.4. istedadlı gənclər - təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər; 1.0.5. gənclər təşkilatları - gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılan qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar). Maddə 2. Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3. Gənclər siyasətinin məqsəd və prinsipləri 3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. 3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır: 3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması; 3.2.2. cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması; 3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq bərabərliyinə riayət edilməsi; 3.2.4. qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi. Maddə 4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri 4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 4.0.1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi; 4.0.2. hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi; 4.0.3. gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi; 4.0.4. gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlərin həyata keçirilməsi; 4.0.5. gənclər siyasəti sahəsində informasiya təminatının həyata keçirilməsi; 4.0.6. gənclərin hərbi xidmətə hazırlanması; 4.0.7. gənclər siyasəti sahəsində tədbirlərin maliyyələşdirilməsi; 4.0.8. gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmaların aparılmasının təşkili; 4.0.9. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şəraitin yaradılması; 4.0.10. dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial və humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər Fondunun yaradılması 4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının təmin olunması; 4.0.12. istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi; 4.0.13. gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi. II fəsil Gənclər siyasətinin əsas istiqamətləri Maddə 5. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı 5.1. Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi-idman oyunlarının keçirilməsi, gənclərin mədəni-kütləvi tədbirlərə cəlb edilməsini. 5.2. Dövlət gənclərin dünyagörüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir. 5.3. Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması, habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirirlər. 5.4. Gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər. 5.5. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır. Maddə 6. İstedadlı gənclərə dövlət qayğısı 6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir. 6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər. 6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır. 6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilərlər. Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı 7.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilir. 7.2. Təhsil sistemində tibbi xidmət təşkil olunur. Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər. 7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir. Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi 8.1. Dövlət yeni iş yerləri yaratmaq, əmək birjaları, peşə hazırlığı, yenidən hazırlanma və ixtisasartırma kurslarının təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək göstərir. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər. 8.2. Ordudan tərxis olunmuş, həmçinin özəlləşdirilən müəssisə və təşkilatlardan azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması və məşğulluğu ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir. 8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və digər sahibkarlara yardım edir. 8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri və güzəştli kreditlərlə ilk növbədə təmin olunurlar. 8.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, gənclərin həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır. Maddə 9. Gənc ailələrə dövlət yardımı 9.1. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli ipoteka kreditləri və ssudalar verilir. 9.2. Müvafiq icra hakimiyyəti orqanı gənc ailələrlə bağlı sosioloji-tədqiqat işlərinin aparılmasını təmin edir və informasiya bankını yaradır. Maddə 10. Gənclər təşkilatlarına dövlət yardımı 10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır. 10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyələşdirilməsi üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının xərclər smetasına daxil edilir. 10.3. Gənclər siyasəti sahəsində proqramların (layihələrin) həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər. III fəsil Gənclər siyasətinin həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı Maddə 11. Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasətinin əsas istiqamətlərinə uyğun proqramların həyata keçirilməsində iştirak edə bilərlər. Maddə 12. Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı 12.1. Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial-hüquqi müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinə uyğun olmalıdır. 12.2. Gənclər siyasətinin həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir. Maddə 13. Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı 13.1. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. 13.2. Gənclər siyasəti tədbirləri dövlət büdcəsinin vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Maddə 14. Yekun müddəaları 14.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 14.2. Bu Qanunun qüvvəyə mindiyi gündən "Dövlət gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 24, maddə 446) qüvvədən düşmüş hesab edilir. QEYD: Bu qanun Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 6 may 2002-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 may 2007-ci il tarixli Sərəncamı ilə qanuna dəyişikliklər və əlavələr edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli Qərarına müvafiq olaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinə tapşırılsın ki, on gün müddətində nazirliyin funksiyalarını, hüquq və vəzifələrini əks etdirən Əsasnaməsini və strukturunu hazırlayıb müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Prezidentinə təqdim etsin. 2. Müəyyən edilsin ki, Əsasnamə nazirliyin aşağıdakı başlıca fəaliyyət istiqamətlərini əhatə etməlidir: - Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi; - Gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə cavab verən siyasətin həyata keçirilməsi; - Gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə, ölkədə həyata keçirilən islahatlar proqramlarının gerçəkləşdirilməsinə səfərbər olunması; - Gənclər arasında ümumbəşəri və milli dəyərlərin təbliğinin təmin edilməsi; - Gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi; - Gənclər arasında Azərbaycanın tarixi və mədəni irsini yaymaqla, onların vətənpərvərlik, Vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daimi hazırlıq ruhunda tərbiyə edilməsi; - Gənclər arasında işsizliyin aradan qaldırılması üçün başqa dövlət orqanları ilə birgə fəaliyyət göstərməsi; - Aztəminatlı ailələrdəki uşaqların və yetim uşaqların sosial problemlərinin həllinə dair dövlət proqramının həyata keçirilməsinə yaxından kömək göstərilməsi; - Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərində əksini tapmış uşaqların hüquqlarının müdafiəsi üçün yönəldilmiş tədbirlərin həyata keçirilməsi; - Bazar iqtisadiyyatı mühitində gənclərin sahibkarlığa cəlb edilməsi sahəsində başqa dövlət idarəetmə orqanlarının işinin əlaqələndirilməsi; - Gənclər təşkilatlarının formalaşmasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq iştirak edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi; - Gənclərin problemləri ilə bağlı beynəlxalq tədbirlərdə onların fəal iştirakına kömək göstərilməsi; - Azərbaycan Respublikası bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi; - Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında aşılanmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi; - Əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə onların maddi texniki bazasının inkişaf etdirilməsi; - Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişlənməsinə köməklik göstərilməsi. 3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, üç ay ərzində gənclərlə iş sahəsində milli siyasət konsepsiyasını və əhalinin fiziki tərbiyə proqramını hazırlayıb, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, nazirliyin maliyyə və maddi-texniki təchizatı üçün Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli qərarından irəli gələn məsələləri həll etsin. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 iyul 1994-cü il

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi bunun üçün əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılmışdır. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: - Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; - İstedadlı gənclərə dövlət qayğısı; - Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; - Gənclərin məşğulluğunun təmin edilməsi; - Gənc ailələrə dövlət yadımı; - Gənclər təşkilatlarına dövlət yardımı. 2005-ci ildə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: - gənc nəslin Vətənə məhəbbət , Azərbaycan xalqının tarixinə. Mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması; - gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması; - gənclər arsında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi; - istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması; - gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi; - sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi; - gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi; - ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması; - gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi. Azərbaycan Gənclərinin Forumları Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir. I-ci Forum - 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. II-ci Forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib. III-cü Forum 13 oktyabr 2003-cü ildə Bakı şəhərində keçirilib. IV-cü Forum 2005-ci ildə Bakı şəhərində keçirilib.

ia.png

PREZİDENT

İLHAM

ƏLİYEV

ma.png

I VITSE-PREZİDENT

MEHRİBAN

ƏLİYEVA

Bizə müraciət et

Müraciətiniz qeydə alındı!

+994 55 454 22 00

Moskva Pr., 67

cropped-logoahk.png

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

musabiqe son.jpg
bottom of page