top of page
asas.png

Azərbaycan Respublikası
Su Təsərrüfatı İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

Xalqa xidmət, haqqa xidmətdir!

Fəaliyyət

istiqamətləri

Ali

orqanlar

Hüquqi

baza

Sosial əmək

hüquqları

Beynəlxalq

əlaqələr

Əməyin

mühavizəsi

Gənclər

siyasəti

Gender

siyasəti

Azərbaycan Respublikası Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

Respublika Komitəsinin  fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir.

Respublika Komitəsi öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

Təşkilat  öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

Azərbaycan Respublikası Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. Təşkilat  öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 88  təşkilatda 12134  nəfər  ittifaq üzvünü özündə birləşdirir.

Azərbaycan Respublikası Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin  hüquqi ünvanı: Bakı şəhəri, Moskva prospekti 67.

Respublika Komitəsi 15 mart  2006-cı il tarixində  1253 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

 

Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar  İttifaqı Respublika Komitəsi  EPSU ( İctimai Birliklərin Avropa Federasiyası) və PSİ (Beynəlxalq İctimai Xidmətlər Federasiyasının) rəsmi üzvüdür.

asas.png
PSI_Logo_EN_withmargin.png
Без названия.png
ia.png

PREZİDENT

İLHAM

ƏLİYEV

ma.png

I VITSE-PREZİDENT

MEHRİBAN

ƏLİYEVA

Bizə müraciət et

Müraciətiniz qeydə alındı!

+994 55 454 22 00

Moskva Pr., 67

cropped-logoahk.png

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

musabiqe son.jpg
bottom of page