top of page
Зеленые энергетические турбины

“Yaşıl gələcək bizim gözümüz ilə"

adlı fotomüsabiqə elan edilir.

Fəaliyyət

istiqamətləri

Ali

orqanlar

Hüquqi

baza

Sosial əmək

hüquqları

Beynəlxalq

əlaqələr

Əməyin

mühavizəsi

Gənclər

siyasəti

Gender

siyasəti

musabiqe son.jpg

“Yaşıl gələcək bizim gözümüz ilə"

adlı fotomüsabiqə haqqında

ia.png

PREZİDENT

İLHAM

ƏLİYEV

1. Müsabiqə haqqında


   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. “Yaşıl dünya naminə
həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Önəmli məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.Ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - (COP29) uğurla ev sahibliyi etməsi ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal aktorlardan birinə çevrildiyini təsdiqlədi.


   Müsabiqə məqsədlərindən biri Azərbaycanın Milli Parkları, Təbiət Parkları, Təbiət Abidələr və Su-bataqlıq ərazilərində yaşayan heyvanların (Fauna) və bitkilərin (Flora), mənzərə gözəlliklərinin fotoşəkillərini hazırlamaqla, Azərbaycanın zəngin təbii mühitini tanıtmaqdır. Bu ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitinin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə olaraq bir nümunədir. Aşağıda qeyd edilən mövzular üzrə kreativ,innovativ ideyaları özündə əks etdirən fotoların təqdimatı, həmdə iştirakçılarda ekoloji məsuliyyətin artırılması, ünsiyyət, əməkdaşlıq bacarıqlarının inkişafına dəstək verəcəkdir.Təbii bitki və heyvan varlıqlarının və landşaft dəyərlərinin fotoqrafiya vasitəsilə sənədləşdirilməsi bu təbii sərvətlərin qorunmasına töhfə verməklə yanaşı, Azərbaycanın turizm potensialında Milli
Parklar, Təbiət Parkları, Təbiət Abidələri ərazilərindən daha yaxşı istifadə etməyə xidmət edəcəkdir.

   “Yaşıl gələcək bizim gözümüz ilə" adlı layihə çərçivəsində Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkəmizdə təbii ehtiyatların qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, yaşıl iqtisadiyyata keçid strategiyası və COP29-nun fəaliyyət strategiyaları haqqında maarifləndirməni daha da artırmaq üçün fotomüsabiqə elan edir.

 

2. Müsabiqənin şərtləri:


Müsabiqədə iştirak ödənişsizdir.


   * İştirakçılar təqdim edəcəyi şəkillərinin müsabiqə kateqoriyasına uyğunluğunu təmin etmək üçün məsuliyyət daşıyırlar. Təqdim edilən fotoşəkillər kateqoriya meyarlarına uyğun gəlmirsə, müsabiqə ərizəsi etibarsız sayılacaq və qiymətləndirilməyəcəkdir.


   * Hər bir iştirakçı müsabiqədə maksimum 3 rəqəmsal rəngli və ya ağ-qaraşəkillə müraciət edə bilər. Rəngli və ağ-qara olan bütün fotoşəkillər birlikdə qiymətləndiriləcəkdir.

   * Birdən çox fotoların montajı ilə yaradılmış fotolar qəbul edilməyəcəkdir. Müsabiqəyə mobil telefondan, fotoaparatlardan və pilotsuz uçuş aparatlarından (Dron) və s.-dən çəkilmiş fotoşəkillər qəbul edilir. Fotoqrafiya üçün pilotlu və ya pilotsuz uçuş aparatların (Dronlar) istifadəsi ilə bağlı bütün icazə və öhdəliklər iştirakçıya məxsusdur.


   * Müsabiqəyə göndərilən fotoşəkillərdə görünə bilən şəxslərin fotoşəkillərdə çəkilməsi və müsabiqəyə göndərilməsi; fotonun vizual, internet və çap mediasında yayımlanmasına icazə verilir.


   * Təşkil etdiyimiz bu mövzu müsabiqəsinə uyğun olaraq, daha əvvəl mükafatlar və sərgilər qazanmış əsərlər, müxtəlif çərçivələrlə yaradılmış fotoşəkillər müsabiqədə yenidən iştirak edə bilməz. Əksinə, davranış qaydalarını pozulması kimi hesab olunacaqdır.


   * Təşkilatçı mükafata layiq görülmüş, sərgiyə layiq görülən fotoşəkillərin əslini iştirakçıdan tələb edə bilər.


   * İştirakçı müsabiqə üçün göndərdiyi/yüklədiyi fotoşəkillərin tamamilə ona məxsus olduğunu, onun tərəfindən çəkildiyini və bütün icazələrin alındığını qəbul edir, bəyan edir və öhdəsinə götürür. Başqalarına məxsus şəkilləri olduğu kimi və ya qismən iştirakçıya məxsus olduğu kimi istifadə edildikdə baş verə biləcək müəllif hüquqları pozuntularına görə bütün hüquqi məsuliyyət daşıyır. İştirakçı fotoşəklin özünəməxsus olduğunu, üçüncü şəxslər bu əsərdə yer alıbsa, üzərində onların heç bir hüququnun olmadığını əsərin sahibinə bildirir, qəbul edir və zəmanət verməlidirlər. Müsabiqə mövzularına uyğun, internet üzərindən yüklənib və hər hansı proqram təminatı ilə dəyişiklik edilib təqdim olunan fotomateriallar tərəfimizdən xüsusi proqram təminatı ilə aşkarlanmaq imkanına sahibdir və qəbul edilməyəcəkdir.


   * Müsabiqəyə göndərilən fotoşəkillərdə obyekt kimi istifadə edilən memarlıq strukturları, sənət əsərləri, insan simaları və digər elementlərin fotoşəkillərinin çəkilməsi və müsabiqəyə təqdim edilməsi, istifadəsinə görə yarana biləcək hər hansı mübahisəyə görə bütün məsuliyyət iştirakçıya məxsusdur.


   * Müsabiqədə qalib fotoşəkillər- tanıtım və müsabiqənin məqsədinə uyğun olaraq, Təşkilat Komitəsinin rəsmi internet səhifəsində və sosial media hesablarında dərc olunacaqdır.


    * Müsabiqədə qalib olmayan və mükafat almayan fotoşəkillər 30 (otuz ) gündən sonra avtomatik olaraq, daxil olunan sistemdən silinəcəkdir.

 

3 . Kimlər iştirak edə bilər?


    Müsabiqə Azərbaycanda yaşayan və bütün həvəskar, peşəkar fotoqrafların iştirakı üçün açıqdır.

4 .Müsabiqə mövzuları:


* Azərbaycanın zəngin təbiətinin qorunması,
* İqlim dəyişikliyi ilə mübarizə,
* Yaşıllıqların bərpası və yaşıllıq hərəkatı,
* Ətraf mühitin qorunması,
* Alternativ və bərpa olunan enerji,
* Ekoturizm,
* Təkrar emal,
* Enerji keçidi,
* Ağıllı kənd,
* Su ehtiyatları və su resurslarının mühafizəsi,
* Meşə və yaşıl konsepsiya
* İqlim təşəbbüsləri və minalarla mübarizə,
* Təbii fəalakətlərin qarşısının alınması,
* Ekoloji təhsil.

5. Necə iştirak etmək olar?


      * İştirakçılar təqdim edilən fərqli müsabiqə mövzularından maksimum dörd, minimum bir mövzu seçə bilər. Və seçdiyi hər bir mövzuya uyğun yalnız bir fotoşəkil təqdim edə bilərlər.
    * Müraciət edənlər çəkdikləri fotoşəkilləri və özləri haqqında məlumatı aşağıda qeyd edilən e-poçt vasitəsilə təqdim edə bilərlər. Hər bir fotoşəkil ayrıca e-poçtla göndərilməlidir.
  * Müsabiqədə iştirak etmək üçün fotoşəkillər JPG/JPEG formatında, 72-300 DPI təsvir ölçüsündə, 8-12 sıxılma keyfiyyətində saxlanmalı, faylların ölçüsü 1 Mb-dan az və 10 Mb-dan çox olmamalıdır.
    * Hər bir foto faylının adı maksimum 30 simvoldan ibarət olmalıdır. Fayla ad qoyulmasında İngilis hərfləri və alt xətt (_) istifadə edilə bilər.
     * Göndərilən e-poçtda iştirakçının tam adı ( Adı və soyadı, doğum tarixi,ünvanı, telefon nömrəsi, e-poçt ünvanı), təqdim etdiyi mövzunun adı və göndərdiyi e-poçtun mövzu adı yerində #Yaşılgələcəkbizimgözümüzilə adı ilə göndərməlidir.
   


Qeyd: Göstərilən meyarlara uyğun gəlməyən müraciətlər diskvalifikasiya olunacaqdır.

6. Müsabiqə Təqvimi:
Müsabiqənin Başlama Tarixi: 12 .12.2024
Son İştirak Tarixi: 25.02.2025
Nəticə Bildiriş Tarixi: 01.03.2025


Mükafatlandırma mərasimi və sərgilənmə tarixi: Elan ediləcəkdir.

7. Müəllif hüququ (istifadə) hüququ:

    * Müsabiqədə mükafata layiq görülən, və sərgilənən fotoşəkillərin nəşri, istifadəsi və sərgi hüquqları müsabiqə təşkilat qurumu ilə birlikdə əsərin sahibinə də məxsusdur. Bu əsərlər və onların rəqəmsal qeydləri təşkilat qurumunun arxivində qalacaqdır.


  * İştirakçı müsabiqəyə qatılmaqla qəbul edəcəkdir ki, onun əsərinin çoxaldılması, işlənilməsi, təqdim edilməsi, ictimaiyyətə ötürülməsi və nəşr hüquqlarının istifadəsi üçün icazə/razılıq veribdir.

8.Müsabiqənin nəticələri


    * Müsabiqə mükafatı Təşkilat Komitəsi tərəfindən ödəniləcəkdir. Müsabiqə prosesləri və mükafatlandırma mərasiminin təşkili Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçiriləcəkdir.


    * Qaliblərə e-poçt vasitəsilə məlumat veriləcəkdir.

9.Müsabiqə əlaqələndiricisi:


Pərvanə Xıdırova
Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Email: gcarcp.union.az@gmail.com

ma.png

I VITSE-PREZİDENT

MEHRİBAN

ƏLİYEVA

asas.png
PSI_Logo_EN_withmargin.png
Без названия.png

Bizə müraciət et

Müraciətiniz qeydə alındı!

+994 55 454 22 00

Moskva Pr., 67

cropped-logoahk.png

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

musabiqe son.jpg
bottom of page