Fəaliyyət
istiqamətləri
Ali
orqanlar
Hüquqi
baza
Sosial əmək
hüquqları
Beynəlxalq
əlaqələr
Əməyin
mühavizəsi
Gənclər
siyasəti
Gender
siyasəti
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq - Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; - vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; - xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; - ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; - ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
Bu Qanun İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə, Avropa Sosial Xartiyasına uyğun olaraq Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir. I fəsil. Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Bu Qanunda: «həmkarlar ittifaqının ilk təşkilatı» dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür; «peşələr, sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları birlikləri» dedikdə, həmkarlar ittifaqı ilk təşkilatlarının peşələr, sahələr üzrə birləşib təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı birlikləri başa düşülür; «işçi» dedikdə əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür; «işəgötürən» dedikdə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür; «müəssisə» dedikdə bu Qanunun məqsədləri üçün istənilən qurum, o cümlədən xarici hüquqi şəxslərin nümayəndəlik və filialları başa düşülür;»; «müdiriyyət» dedikdə, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrin işçilərlə əmək müqaviləsi (bağlaşması) bağlamaq, bu müqaviləni pozmaq və ya dəyişdirmək hüququna malik vəzifəli şəxsləri, habelə mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı başa düşülür; «təhsil alan şəxslər» dedikdə, ali və orta ixtisas təhsili müəssisələrində, texniki peşə məktəblərində istehsalatdan ayrılmaqla müvafiq sənətə, peşəyə, ixtisasa yiyələnən tələbələr, şagirdlər başa düşülür. Maddə 2. Həmkarlar ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasında həmkarlar ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyi həmkarlar ittifaqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında, Avropa Sosial Xartiyasında nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmamalıdır. Maddə 3. Həmkarlar ittifaqlarında birləşmək hüququ İşçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir. Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir. Həmkarlar ittifaqları öz nizamnamələri ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək məqsədilə könüllülük prinsipləri əsasında sahə, ərazi və başqa əlamətlər üzrə birliklər (şura, federasiya, konfederasiya) yaratmaq hüququna malikdirlər. Maddə 3-1. Həmkarlar ittifaqlarının statusu 3-1.1. Həmkarlar ittifaqları yerli, ərazi, respublika və ümumrespublika statusuna malik ola bilərlər. 3-1.2. Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) sahə (peşə) əlaməti üzrə fəaliyyət göstərən müəssisələrin həmkarlar ittifaqının ilk təşkilatlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi yerli həmkarlar ittifaqı statusu daşıyır. 3-1.3. Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) fəaliyyət göstərən yerli həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi ərazi həmkarlar ittifaqı statusu daşıyır. 3-1.4. Sahə (peşə) və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən ilk, yerli və ərazi həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır. Bu maddənin dördüncü hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazisi üzrə yaradılan həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır. 3-1.5. Respublika statusu daşıyan həmkarlar ittifaqının yarıdan çoxunun birləşib təsis etdikləri həmkarlar ittifaqı birliyi ümumrespublika həmkarlar ittifaqı statusu daşıyır. Maddə 4. Həmkarlar ittifaqlarının nizamnamələri və onların dövlət qeydiyyatı Həmkarlar ittifaqlarının nizamnamələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır, onlarda, bir qayda olaraq, aşağıdakılar nəzərdə tutulmalıdır: 1) adı və yerləşdiyi yer; 2) məqsədi, vəzifələri, fəaliyyət forma və metodları; 3) üzvlük qaydaları; 4) üzvlərinin hüquqları və vəzifələri; 5) təşkilatdaxili quruluşu; 6) seçkili orqanları, onların seçilməsi və geri çağırılması qaydaları; 7) seçkili orqanlarının səlahiyyətləri və səlahiyyət müddətləri; 8) maliyyə mənbələri, üzvlük haqqının müəyyən edilməsi; 9) beynəlxalq əlaqələrə dair müddəalar; 10) əmlak məsələləri; 11) nizamnamənin qəbulu və ona əlavələr, dəyişikliklər edilməsi qaydaları; 12) fəaliyyətinə xitam verilməsi qaydaları. Həmkarlar ittifaqı birliyi dövlət qeydiyyatından keçirildiyi vaxtdan hüquqi şəxs hesab olunur və hüquqi şəxs statusu əldə edir. Həmkarlar ittifaqı birliyi «İctimai birliklər haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçirilir. Maddə 5. həmkarlar ittifaqlarının müstəqilliyi Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər. Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər. Maddə 6. Həmkarlar ittifaqları birliklərinin sədrlərinin (sədr müavinlərinin) siyasi fəaliyyətlə məşğul olmalarına məhdudiyyətlər Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud təyin edilən həmkarlar ittifaqları təşkilatının sədrləri və ya onların müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə bilərlər. Maddə 7. Həmkarlar ittifaqlarında üzvlüyünə görə vətəndaşlar barəsində ayrı-seçkiliyin qadağan edilməsi Həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları ilə şərtləndirmək qadağandır. Həmkarlar ittifaqına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır. Maddə 8. Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların nizamnamələrində nəzərdə tutulan qaydada xitam verilir. Bu Qanunun 6-cı maddəsinin birinci hissəsinin tələblərini pozan, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətmək məqsədi və ya fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Belə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xitam verilir. Maddə 9. Həmkarlar ittifaqlarının rəmzləri Həmkarlar ittifaqlarının peşə, sahə və respublika birliklərinin Azərbaycan xalqının milli-etnik xüsusiyyətlərinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, ərazi bütövlüyünə zidd əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin orqanları tərəfindən qəbul edilir və müəyyən olunmuş qaydada dövlət qeydiyyatı orqanı tərəfindən təsdiq edilir. Həmkarlar ittifaqları siyasi partiyaların rəmzi nişanlarından istifadə edə bilməzlər. II fəsil Həmkarlar ittifaqlarının əsas hüquqları Maddə 10. Həmkarlar ittifaqlarının norma yaradıcılığında iştirakı Həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər. İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqlarının respublika birliyinin rəyi müzakirə edilməklə baxılır. Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik , icra və məhkəmə orqanlarına müraciət edə və şikayət verə bilərlər. Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edir. Maddə 11. Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilik də nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilik də nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər. Maddə 12. Əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur. Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları vəkilliyi, hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, hüquq məsləhətxanaları, firmaları və başqa orqanlar yarada bilərlər. Maddə 13. Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları Həmkarlar ittifaqları bu Qanunun, «Əməyin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanması həmkarlar ittifaqı təşkilatlarının təklifinə əsasən həyata keçirilir. Həmkarlar ittifaqlarının birlikləri dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadi, sosial və mədəni inkişaf məsələləri üzrə kollektiv danışıqlar aparır və kollektiv sazişlər bağlayırlar. Dövlət orqanları və işəgötürənlər kollektiv müqavilələr və kollektiv sazişlər bağlamaq haqqında həmkarlar ittifaqlarının yazılı təklifini aldığı gündən on gün müddətində danışıqlara başlamağa borcludurlar. Həmkarlar ittifaqları kollektiv müqavilələrin və kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər. Maddə 15. İşçilərin həyat səviyyəsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları Həmkarlar ittifaqlarının birlikləri səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər. Maddə 16. Həmkarlar ittifaqlarının beynəlxalq əlaqələri Həmkarlar ittifaqları nizamnamə məqsəd və vəzifələrinə müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına daxil ola, qanunvericilik lə müəyyən olunmuş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər. Maddə 17. həmkarlar ittifaqlarının informasiya hüquqları Həmkarlar ittifaqı təşkilatları nizamnamə vəzifələrini və hüquqlarını, bu Qanunda nəzərdə tutulan səlahiyyətlərini həyata keçirmək, öz üzvlərini məlumatlandırmaq üçün kütləvi informasiya vasitələri və nəşriyyatlar təsis edə; mətbuat xidməti və sosioloji tədqiqat mərkəzləri yarada; dövlət və təsərrüfat orqanlarının vəzifəli şəxslərindən, işəgötürəndən dövlət, kommersiya və qanunla qorunan başqa sirr olmayan məlumatları tələb edə bilərlər. Dövlət və təsərrüfat orqanları, işəgötürən həmkarlar ittifaqlarını müvafiq məlumatlarla maneəsiz təmin etməyə borcludurlar. Maddə 18. Əmək mübahisələrinə baxılmasında həmkarlar ittifaqlarının hüquqları Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir. Maddə 19. Həmkarlar ittifaqlarının kütləvi tədbirlər keçirmək hüquqları Qüvvədə olan qanunvericiliyə uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata keçirmək məqsədilə həmkarlar ittifaqları tətillər, mitinqlər, küçə yürüşləri, nümayişlər və başqa kütləvi tədbirlər təşkil edib keçirə bilərlər. III fəsil. Həmkarlar ittifaqlarının fəaliyyətinin hüquqi təminatı və əmlak vəziyyəti Maddə 20. Dövlət və təsərrüfat orqanlarının, ictimai təşkilatların və vəzifəli şəxslərin həmkarlar ittifaqları barəsində vəzifələri Dövlət və təsərrüfat orqanları, siyasi partiyalar və ictimai birliklər, işəgötürən və digər vəzifəli şəxslər həmkarlar ittifaqlarının hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım göstərməlidirlər. Bu Qanunun pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb ol ur. İşəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə, əmək və sosial məsələlər üzrə sazişlərə əməl edilməsini yoxlamaq və nizamnamə vəzifələri ilə bağlı məsələlərlə əlaqədar həmkarlar ittifaqı nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə getməsinə mane olmaq qadağan edilir. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Maddə 21. Əmək funksiyasının icrasından azad edilməyib həmkarlar ittifaqı orqanlarına seçilmiş işçilər üçün təminatlar Həmkarlar ittifaqı orqanlarının öz əmək funksiyasının icrasından azad edilməyən üzvləri həmkarlar ittifaqlarının seçkili orqanlarında, təşkil etdiyi tədris kurslarında, seminarlarda iştirak etdiyi müddət üçün həmkarlar ittifaqının vəsaiti hesabına orta əmək haqqı məbləğində haqq ödəməklə işəgötürənin razılığı ilə istehsal işindən azad edilirlər. Həmkarlar ittifaqı ilk təşkilatlarının tərkibinə seçilmiş və öz əmək funksiyasının icrasından azad edilməmiş həmkarlar ittifaqı üzvlərinə həmkarlar ittifaqı fəaliyyətini həyata keçirmək üçün müddəti və şərtləri kollektiv müqavilələrdə (sazişlərdə) göstərilən asudə vaxt verilir. Maddə 22. Əmək funksiyasının icrasından azad edilib həmkarlar ittifaqı orqanına seçilmiş işçilər üçün təminatlar Həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə əmək funksiyasının icrasından azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir. Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əmək haqqını saxlayır. Müəssisədə əmək funksiyasının icrasından azad edilərək həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur. Maddə 23. Həmkarlar ittifaqları ilk təşkilatlarının fəaliyyəti üçün maddi şəraitin yaradılmasında işəgötürənin vəzifələri İşəgötürən həmkarlar ittifaqının fəaliyyəti üçün zəruri olan avadanlıqları və otaqları kollektiv müqavilədə göstərilən şərtlərlə həmkarlar ittifaqlarına verir. Kollektiv müqavilə bağlanarkən qəbul edilən qərara müvafiq surətdə müəssisə özünün balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları, qurğuları və başqa obyektləri, habelə istirahətin təşkili, işçilərlə və onların ailələri ilə mədəni-maarif işi, bədən tərbiyəsi, sağlamlıq işi aparmaq üçün zəruri olan istirahət bazalarını, uşaq-gənclər və digər sağlamlıq düşərgələrini pulsuz olaraq həmkarlar ittifaqlarının istifadəsinə verə bilər. Müəssisə həmkarlar ittifaqlarına kollektiv müqavilədə müəyyən edilən sosial, iqtisadi və mədəni tədbirlər üçün vəsait ayıra bilər. Maddə 24. Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının təminatları Həmkarlar ittifaqlarının büdcəsinin formalaşdırılması və xərclənməsi qaydaları onların nizamnamələri ilə müəyyən edilir. Həmkarlar ittifaqları mülkiyyət hüququ əsasında əmlaka, maliyyə vəsaitinə, eləcə də valyuta vəsaitinə və nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər əmlaka malik ola bilərlər. Həmkarlar ittifaqlarının əmlakının onların razılığı olmadan alınmasına yol verilmir. Həmkarlar ittifaqı təşkilatı öz fəaliyyətinə xitam verdikdə əmlakının taleyi müvafiq həmkarlar ittifaqının nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının prezidenti Heydər ƏLİYEV 24 fevral 1994, № 792
AZƏRBAYCAN RESPUBLİKASI SU TƏSƏRRÜFATI İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQI RESPUBLİKA KOMİTƏSİNİN N İ Z A M N A M Ə S İ (2-ci redaksiyada) 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı, qısa adı “Azərsu” Həmkarlar İttifaqı (bundan sonra “Həmkarlar İttifaqı” adlanacaq), öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşələr, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyi olub və bu Nizamnamə və Qanun əsasında fəaliyyət görstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. 1.2. Həmkarlar İttifaqı öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyaslna, qanunvericiliyinə, qəbul edilmiş beynəlxalq hüquq normalarına, bu Nizamnaməyə və Həmkarlar İttifaqının bağladığı müqavilələrlə uyğun surətdə həyata keçirir. 1.3. Həmkarlar İttifaqı öz fəaliyyətində Dövlət və təsərrüfat orqalnarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur, onlarlar münasibətini bərabər əçəkdaşlıq əsasında qurur. 1.4. Həmkarlar İttifaqı müstəqil surətdə öz Nizamnaməsini, fəaliyyət proqramını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər və idarəedici orqanı seçir, öz fəaliyyətini təşkil edir, iclaslar, məclislər, konfranslar və qurultaylar keçirir, öz təşkilatı və maliyyə sərbəstliyini saxlayaraq respublikanın digər sahə həmkarlar ittifaqları ilə əməkdaşlıq edir, könüllü surətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil olur. 1.5. Həmkarlar İttifaqı beynəlxalq həmkarlar hərəkatında iştirak edir, öz istəyi ilə beynəlxalq həmkarlar ittifaqı birliklərinə daxil olur, digər ölkələrin həmkarlar ittifaqı ilə əməkdaşlıq edir. 1.6. Həmkarlar İttifaqının hüquqi ünvanı: Bakı şəhəri, Moskva prospekti, 67. 1.7. Həmkarlar İttifaqı Ədliyyə Nazirliyində 15.02.2000-ci il tarixdə 1253 nömrə ilə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı adı ilə dövlət qeydiyyatına alınmışdır, 31.05.2005-ci ildən adı dəyişdirilərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı olmuşdur. Hazırda isə Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı adlanır. II. HƏMKARLAR İTTİFAQININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 2.1. Həmkarlar İttifaqı respublikasının su təsərrüfatı sahələrində çalışan işçilərin maddi və sosial vəziyyətlərinin yaxşılaşmasına, layiqli həyat səviyyəsinə çatmasına çalışır. 2.2. Həmkarlar İttifaqı: - dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkar birliklərində, ictimai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərini müdafiə edirI; - dövlət siyasətində su təsərrüfatı sahələrin inkişafına üstünlük verilməsini tələb edir, sosial-iqtisadi siyasətin formalaşmasında, əmək və sosial-iqtisadi məsələlər sahəsində qanun layihələrinin və digər normativ aktların hazırlanmasında iştirak edir; - əmək və məişət şəraitinin yaxşılaşdırılmasına, həmkarlar ittifaqı üzvlərinin sağıamlığının möhkəmləndirilməsinə dair təkliflər verir; - su təsərrüfatı və müvafiq sahələrin işçilərinin məşğulluğuna dair dövlət siyasətinin formalaşmasında iştirak edir; məşğulluq sahəsində mövcud qanunvericiliyin həyata keçirilməsinə ictimai nəzarəti həyata keçirir; əmək haqqının ədalətli ödənilməsinə nail olur; - kollektiv danışıqlar aparır, işəgötürənlər, təsərrüfat, icra hakimiyyəti orqanları, müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət edir; - işəgötürənlər, təsərrüfat və icra hakimiyyəti orqanları ilə sahələrə aid razılaşmalar əldə edir; kollektiv müqavilələr bağlayır; kollektiv müqavilə və razılaşmalara, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət edir; - mülkiyyət formalarının dəyişməsi şəraitində Həmkarlar İttifaqı üzvlərinin hüquqlarının real qorunmasına təminat verən sosial-iqtisadi proqlamları təsərrüfat orqanları və digər təşkilatlarla işləyib hazırlayır və həyata keçirir; - özəlləşdirmədə öz üzvlərinin hüquqlarını qoruyur; - Həmkarlar İttifaqı üzvlərinin mənafelərinə toxunan məsələlərə aid qanunvericilik aktlarının, qərarların və digər normativ sənədlərin layihələrini öyrənir, onlara aid təkliflər verir, üzvlərin qanuni hüquqlarını pozan normativ sənədlərin ləğv olunmasına dair müvafiq orqanlara təklif verir, iradlarını bildirir; - ətraf mühitə, insanların sağlamlığına zərərli və tahlükəli təsir göstərən ekoloji faktorların aradan götürülməsinə , üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti, istehsalat məişəti ilə təmin edilməsinə ictimai nəzarəti həyata keçirir; - Həmkarlar İttifaqı üzvlərinin sağlamlığının möhkamləndirilməsinə qayğı göstərir, sosial sığorta fondunun vəsaitlərinin səmərəli istifadə olunmasına təkliflər verir; dövlət və qeyri dövlət səhiyyə sığortasının, təqaüd təminatının, sanator-kurort müalicəsinin, istirahətin, turizmin, bədən tərbiyəsi və idmanın inkişafına yardım edir; - Həmkarlar İttifaqı təşkilatlarının həmrayliyini gücləndirir və inkişaf etdirir, həmkarlar ittifaqı üzvlərinə pulsuz əmək, sosial və digər uyğun məsələlər üzrə məsləhətlər verir, maddi yardım göstərir; - Həmkarlar İttifaqı üzvlərinin qanuni hüquq və mənafelərinin müdafiəsi üçün qanunla müəyyən olunmuş fəaliyyət forma və metodlarından istifadə edir. III. İLK HƏMKARLAR İTTİFAQI TƏŞKİLATLARININ ÜZVLƏRİ 3.1. Mülkiyyət formasından asılı olmayaraq istehsal və qeyri-stehsal sahələrində çalışan, habelə pensiyaçı və təhsil alan, həmin Nizamnaməni qəbul edən, ilk həmkarlar ittifaqı təşkilatının işində iştirak edən və üzvlük haqqı ödəyən hər bir şəxs Həmkarlar İttifaqının üzvü ola bilər. 3.2. İlk Həmkarlar İttifaqı təşkilatına qəbul və xarici olunma fərdi qaydada şəxsi yazılı ərizə əsasında həyata keçirilir. İlk Həmkarlar İttifaqı təşkilatına qəbul və xaric olunma barədəm qərar ilk həmkarlar ittifaqı təşkilatının yığıncağında qəbul edilir. Yığıncaqda iştirak edən ilk həmkarlar ittifaqı təşkilatının üzvlərinin yarıdan çoxu lehinə səs verərsə, (yetərsay gözlənmək şərti ilə) qərar qəbul edilmiş sayılır. 3.3. Həmkarlar İttifaqında üzvlük stajı həmkarlar ittifaqı üzvlüyünə qəbul edilmə barədə qərarın verildiyi gündən hesablanır, üzvlüyə qəbul edilmiş şəxsə həmkarlar ittifaqının üzvlük bileti verilir. 3.4. Həmkarlar İttifaqı üzvləri əsas iş və ya təhsil yerinin ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülürlər. İşçiləri digər sahə həmkarlar ittifaqında birləşən müəssisə, idarə, təşkilatdan yeni iş yerinə keçmiş işçilər həmkarlar ittifaqının üzvlüyündə qalır. Üzvlük aşağıdakı hallarda saxlanılınır: - azyaşlı uşaqların tərbiyəsi ilə əlaqədər iş yerini müvəqqəti tərk etdikdə, müvəqqəti işsiz qaldıqda, həqiqi hərbi xidmətə çağırıldıqda,səhhətinə və ya yaşına görə təqaüdə çıxarkən həmkarlar ittifaqında qalmaq barədə müraciət etdikdə. 3.5. Bütün Həmkarlar İttifaqı üzvləri həmin Nizamnamədə nəzərdə tutulmuş bərabər hüquq və vəzifələrə malikdir. 3.6. Həmkarlar İttifaqının üzvü aşağıdakı hüquqlara malikdir: - işə qəbul olunması, başqa işə keçirilməsi, işdən azad olunması,əməyin ödənilməsi, məzuniyyət verilməsi, müvəqqəti əmək qabiliyyətini itirməyə və ya qocalığa görə maddi təmin olunması ilə əlaqədər qanunvericilik pozularsa, əməyin mühafizəsi qaydaları və normaları, mənzil qanunvericiliyi pozularsa, müvəqqəti iş yerini itirərkən, müəssisənin ləğvi və müflis olması hallarında, digər qanuni hüquq və mənafeləri tapdanarsa həmkarlar ittifaqı tərəfindən müdafiə edilməlidir. - Həmkarlar İttifaqı orqanlarından hüquqi, iqtisadi, əməyin mühafizəsi və sosial sığorta məsələlərinə dair pulsuz məsləhətdər, maddi yardım ala bilər; - seçkili həmkarlar ittifaqı orqanlarında işlədiyi müddətdə əmək kollektivi üzvlərinə kollektiv müqaviləyə əsasən verilən hüquq və güzəştlərdən istifadə edə bilər; - Həmkarlar İttifaqının fəaliyyətində, o cümlədən qərarların hazırlanması, müzakirə olunması və qəbul edilməsində, onların icrasına və həmkarlar komitəsinin işinə nəzarətin həyatə keçirilməsində iştirak edə bilər; - Həmkarlar İttifaqı orqanlarına namizədlər, o cümlədən öz namizədliyini irəli sürmək, seçmək və seçilmək, həmkarlar ittifaqının konfrans və qurultayına nümayəndə seçilmək, irəli sürülmüş namizədlərin xeyrinə təbliğat işi aparmaq hüququ vardır; - Həmkarlar İttifaqının fəaliyyətinə dair bütün məsələləri həmkarlar ittifaqının yığıncaqlarında, konfranslarında, həmkarlar ittifaqı komitələrin iclaslarında, mətbuat və digər kütləvi informasiya vasitələrində azad müzakirə etmək, təkliflər, alternativ layihələr irəli sürmək, öz rəyini azad söyləmək və müdafiə etmək, hər hansı həmkarlar ittifaqı orqanının ünvanına və vəzifəsindən asılı olmayaraq hər hansı həmkarlar ittifaqı üzvünün ünvanına tənqidlə çıxış etmək; - onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək; - hər hansı həmkarlar ittifaqı orqanına müraciət etmək və öz müraciətinin mahiyyəti üzrə cavab tələb etmək, həmkarlar ittifaqı təşkilatlarının , rəhbər həmkarlar ittifaqı orqanlarının işi haqqında məlumat almaq hüququ vardır. 3.7. Həmkarlar İttifaqı üzvünün aşağıdakı vəzifələri vardır: - Həmkarlar İttifaqının fəaliyyətində iştirak etmək, Nizamnaməyə əməl etmək, həmkarlar ittifaqı təşkilatının və seçkili həmkarlar ittifaqı orqanlarının qərar və tapşırıqlarını yerinə yetirmək, hər ay müəyyən olunmuş qaydada üzvlük haqqını ödəmək; - Həmkarlar İttifaqının nüfuzunu qorumaq , həmkarlar ittifaqına zərər gətirən, Nizamnamə tələblərinə zidd olan hərəkətlərə yol verməmək, iş yoldaşları ilə hörmətlə davranmaq, qanuni hüquqları sahibkarlar, işəgötürənlər, idarəetmə orqanları tərəfindən pozulan həmkarları ilə həmrəy olmaq; - kollektiv müqavilələrin, razılaşmaların, daxili əmək qaydalarının tələblərinə riayət etmək. 3.8. Həmkarlar İttifaqının həyatında fəal iştirakına, əməkdə müvəffəqiyyətlərinə görə həmkarlar ittifaqının üzvü həmkarlar ittifaqı orqanı tərəfindən mənəvi və maddi həvəsləndirilə bilər, həmçinin təltif olunma və fəxri adların verilməsi üçün dövlət orqanlarına təqdim edilə bilər. 3.9. Nizamnamə tələblərini yerinə yetirmədiyinə, həmkarlar ittifaqının parçalanmasına yönədilmiş, həmkarlar ittifaqına zərər gətirən fəaliyyətinə görə Həmkarlar İttifaqı üzvünə aşağıdakı intizam tədbirləri tətbiq edilə bilər: xəbərdarlıq, töhmət, həmkarlar ittifaqından xaric edilmə. 3.10. İntizam tədbirlərinin tətbiq edilməsi barədə qərarı ilk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağı qəbul edir. İlk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağında (konfransda) və ya seçkili orqanın iclasında iştirak edənlərin yarıdan çoxunun səsini toplayırsa, yetərsay olduqda, qərar qəbul edilmiş hesab edilir. 3.11. Həmkarlar İttifaqından xaric edilmə və ya həmkarlar ittifaqı üzvünə intizam tədbiri tətbiq edilməsi barədə qərar onun iştirakı ilə qəbul edilir. Həmkarlar İttifaqı üzvü ümumi yığıncaqda (konfransda) və ya seçkili orqanın iclasında iştirak etməkdən üzürsüz səbəbdən imtina etdikdə məsələyə onun şəxsi iştirakı olmadan baxıla bilər. 3.12. Həmkarlar İttifaqından xaric olunan şəxs iki ay ərzində həmin qərar barədə yuxarı həmkarlar ittifaqı orqanlarına şikayət edə bilər. Ərizə, qəbul edilən gündən 1 aydan gec olmayaraq həmkarlar ittifaqı orqanı tərəfindən baxılmalıdır. - Yuxarı həmkarlar ittifaqı orqanı tanbeh verilməsi, həmkarlar ittifaqından xaric olunması haqqında qərarı ləğv edə, həmkarlar ittifaqı üzvlüyünə bərpa edə bilər. 3.13. Həmkarlar İttifaqından xaric olunmuş şəxs həmkarlar ittifaqının üzvlüyünə ümumi əsaslarla yenidən qəbul edilə bilər. 3.14. Həmkarlar İttifaqının seçkili orqanının üzvünün məsuliyyətə cəlb edilməsi məsələsi onun üzv olduğu seçkili orqanın iclasında və yaxud yuxarı həmkarlar ittifaqı orqanı tərəfindən həll edilə bilər. Qəbul edilmiş qərar barədə ilk həmkarlar ittifaqı təşkilatına bildirilir. 3.15. Həmkarlar İttifaqından çıxmış və ya xaric edilmiş şəxs həmkarlar ittifaqı tərəfindən müfafiə hüququnu, həmkarlar ittifaqının mülkiyyətindən və imtiyazlarından qaytarılmır. IV. HƏMKARLAR İTTİFAQININ TƏŞKİLAT QURULUŞUNUN VƏ FƏALİYYƏTİNİN ƏSAS PRİNSİPLƏRİ 4.1. Həmkarlar İttifaqı öz fəaliyyətini aşağıdakı prinsiplərə görə qurur: - Həmkarlar İttifaqına sərbəst daxil olmaq, onun üzvlərinin bərabərliyi, işlədiyi və təhsil aldığı yerdə ilk təşkilatları yaratmaq, həmkarlar ittifaqının ilk təşkilatlarının ərazi, sahə təşkilatlarını yaratmaq və onların rəhbər orqanlarını seçmək hüququ; - Həmkarlar İttifaqı birliyi və nüfuzunun möhkəmləndirilməsi, həmkarlar ittifaqları təşkilatlarının və onların seçkili orqanlarının məqsəd və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı köməkdə həmrəyliyin inkişafı; - bütün həmkarlar ittifaqı orqanlarının aşağıdan yuxarıyadək seçkili olması; - Həmkarlar İttifaqı orqanlarına seçilənlərin şəxsi məsuliyyəti, seçkili orqanların, onların rəhbərlərinin həmkarlar ittifaqı təşkilatları və onların seçən orqanlar, yuxarı həmkarlar ittifaqı orqanları qarşısında aşkarlıq və hesabatı, həmkarlar ittifaqı kadrlarının peşakarlığının artırılması. - seçkili orqanların işində kollegiallıq, qəbul edilmiş qərarların və həmkarlar ittifaqının tapşırıqlarının yerinə yetirilməsinə görə şəxsi məsuliyyət; - azlıqların maraqlarına, hər bir həmkarlar ittifaqı üzvünün rəyinə hörmət, məsələlərin müzakirəsi gedişində diskussiyaların azadlığı və qərarlar qəbul edildikdən sonra fəaliyyət birliyi; - qərarlar qəbul olunarkən Nizamnamə tələblərinin aliliyi; yuxarı həmkarlar ittifaqı orqanlarının qərarlarının yerinə yetirilməsinin aşağı orqanlar üçün məcburiliyi; həmkarlar ittifaqı orqanlarının öz təşkilatları və yuxarı orqanlar qarşısında hesabatı. 4.2. Həmkarlar İttifaqı istehsalat-sahə prinsipi ilə, federativ əsaslar üzərində qurulur. Həmkarlar İttifaqının subyektləri ilk, ərazi və sahə təşkilatlarıdır. 4.3. Həmkarlar İttifaqının təşkilatları (ilk, sahə, ərazi) onların seçkili orqanları həmkarlar ittifaqının Nizamnaməsi və Həmkarlar İttifaqının təsdiq etdiyi Əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir. 4.4. Həmkarlar ittifaqı təşkilatının ali orqanı yığıncaq və ya konfrans (ilk təşkilatlar üçün), konfrans (sahə, ərazi təşkilatları üçün) və qurultaydır (sahə həmkarlar ittifaqı üçün). 4.5. Həmkarlar ittifaqı təşkilatının yığıncağı yığıncaqda həmin təşkilatın üzvlərinin yarıdan çoxu, konfrans və qurultaylar isə onların işində nümayəndələrin üçdə ikisində çoxu iştirak etdikdə səlahiyyətli sayılır. 4.6. Yığıncaq, konfrans və qurultayların qərarları səsvermədə iştirak edənlərin əksəriyyətinin (yetərsay olduqda) sadə səs çoxluğu ilə qəbul olunur. 4.7. Həmkarlar ittifaqı yığıncağı, konfransı, qurultayı: - ilk, ərazi həmkarlar ittifaqının, bütövlükdə sahə həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir; - seçkili orqanın və təftiş komissiyasının hesabatını dinləyit və müzakirə edir, onların fəaliyyətinə qiymət verir; - seçilmiş nümayəndələrin səlahiyyətlərini təsdiq edir və yığıncağın, konfransın, qurultayın işçi orqanlarını seçir; - seçkili orqanların, təftiş komissiyasının formalaşması qaydasını müəyyən edir, səsvermə formasını (açıq və ya qapalı) təyin edir; - yığıncaqlar, konfranslar, qurultaylararası bütün cari işə rəhbərlik edən işçi orqanı və təftiş komissiyası üzvlərini seçir; - yuxarı həmkarlar ittifaqı orqanlarına və ya birbaşa nümayəndəlik prinsipi əsasında formalaşan ittifaqlararası orqanlarına üzvlər, həmkarlar ittifaqı və ittifaqlararası konfrans və qurultaylarına nümayəndələr seçir. 4.8. Yuxarı həmkarlar ittifaqı orqanlarının üzvlərinin, konfrans, qurultay nümayəndələriunin nümayəndəlik norması və seçilmək qaydası müvafiq həmkarlar ittifaqı tərəfindən müəyyənləşdirilir. 4.9. Həmkarlar ittifaqının konfranslarına nümayəndələrin seçilməsi, həmkarlar ittifaqı orqanlarının üzvlərinin seçilməsi, tərkibdən xaric edilməsi və dəyişdirilməsi həmkarlar ittifaqının plenar iclaslarında həyata keçirilə bilər. 4.10. Səsvermədə iştirak edən yığıncaq iştirakçılarının, konfrans, qurultay nümayəndələrinin yarıdan çoxunun səsini toplamış həmkarlar ittifaqı üzvü seçilmiş hesab edilir. 4.11. Həmkarlar ittifaqı seçkili orqanı rəhbərlərinin seçkisi bir qayda olaraq alternativ əsaslarla həmin seçkili orqanın tərkibindən onun islasında və yaxud bilavasitə yığıncaqda, konfransda, qurultayda həyata keçirilir. Müstəsna hallarda komitənin tərkibinə daxil olmayan, o cümlədən digər sahə həmkarlar ittifaqının üzvü olan həmkarlar ittifaqının üzvü ərazi, sahə həmkarlar ittifaqı komitəsinin rəhbəri seçilə bilər. Həmkarlar ittifaqı seçkili orqanı rəhbərinin seçkisi zamanı o namizəd seçilmiş hesab olunur ki, səslərin əksəriyyətini toplamış olsun, bir şərtlə ki, yetərsay olduqda səsvermədə iştirak edən seçkili həmkarlar ittifaqının orqanının, iclas, yığıncaq, konfrans, qurultay nümayəndələrinin yarıdan çoxunun səsini toplamış olsun. 4.12. Həmkarlar ittifaqı orqanlarının rəhbərləri Nizamnaməyə əməl olunmasını, yuxarı həmkarlar ittifaqı orqanlarının qərarlarının icrasını təmin edir və onların yerinə yetirilməsinə şəxsi məsuliyyət daşıyırlar. 4.13. İlk həmkarlar ittifaqı orqanlarının və onların rəhbərlərinin seçkisi beş ildə iki dəfə, ərazi, sahə həmkarlar ittifaqı orqanlarının və onların rəhbərlərinin seçkisi beş ildə bir dəfə keçirilir. Bütün həmkarlar ittifaqı orqanları və onların rəhbərləri hər il öz fəaliyyətləri barədə hesabat verirlər. 4.14. Həmkarlar ittifaqı təşkilatçısının, sex, ilk həmkarlar ittifaqı komitəsinin, ərazi, sahə həmkarlar orqanının növbədənkənar seçkisi (hesabat və seçkisi) həmkarlar ittifaqı üzvlərinin üçdə birindən az olmayan hissəsinin və yaxud həmkarlar ittifaqı orqanının birləşdirdiyi həmkarlar ittifaqı komitələrinin üçdə birinin tələbi ilə, yığıncağın (konfransın), həmkarlar ittifaqı komitəsinin qərarına əsasən, o cümlədən yuxarı həmkarlar ittifaqı orqanının qərarı ilə keçirilə bilər. Sahə həmkarlar ittifaqının Məclisinin növbədənkənar seçkisi (hesabatı və seçkisi) həmkarlar ittifaqının birləşdirdiyi həmkarlar ittifaqı komitələrinin üçdə birindən az olmayan hissəsinin tələbi ilə və yaxud Məclisin qərarı ilə keçirilə bilər. 4.15. Seçkili həmkarlar ittifaqı orqanının, təftiş komissiyasının üzvü seşkili orqanın, təftiş komissiyasının tərkibindən səlahiyyət müddəti qurtarmazdan əvvəl xaric edilə bilər. Yetərsay olduqda, iclasda iştirak edən yığıncaq iştirakçılarının, konfrans, qurultay nümayəndələrinin yarıdan çoxunun səsini toplamış qərar qəbul edilmiş sayılır. 4.16. Həmkarlar ittifaqı orqanının rəhbərləri tutduqları vəzifədən səlahiyyət müddətləri qurtarmazdan əvvəl azad edilə bilərlər. Həmkarlar ittifaqı orqanının rəhbərinin vaxtından əvvəl azad edilməsi hüququ yığıncağa və yaxud seçkili orqana məxsusdur. Yetərsay olduqda, səsvermədə iştirak edən yığıncaq iştirakçılarının, konfrans nümayəndələrinin və yaxud həmkarlar orqanının üzvlərinin yarıdan çoxunun lehinə səs vermiş olduğu qərar qəbul olunmuş sayılır. 4.17. Siyasi partiyaların rəhbər orqanlarının tərkibinə seçilmiş həmkarlar ittifaqı üzvləri həmkarlar ittifaqı komitələrinə rəhbərlik edə bilməzlər. 4.18. Həmkarlar ittifaqı orqanı cari işi aparmaq üçün müstəqil olaraq özünün işçi orqanlarının (daimi və müvəqqəti komissiyalar, işçi qruplar, təmsilçilər və i.a.) strukturunu təsdiq edir və tərkibini formalaşdırır, onların funksiyalarını, hüquq və vəzifələrini müəyyənləşdirir. Seçkili həmkarlar ittifaqı orqanlarının iclaslarının iclasları (Məclis, Plenum) onların Rəyasət Heyəti (İcraiyyə Komitəsi) tərəfindən zəruri olduqda, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Həmkarlar ittifaqı komitələrinin Plenumları onların üzvlərinin üçdə birindən az olmayan hissəsinin tələbi ilə və yaxud yuxarı həmkarlar ittifaqı orqanının təşəbbüsü ilə çağırıla bilər. 4.19. Seçkili həmkarlar ittifaqı orqanlarının iclasları onlarda həmin orqanların üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Bu Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa seçkili orqanın səsvermədə iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul olunmuş sayılır. Təftiş komissiyalarının üzvləri seçkili orqanlarının iclaslarında məşvərətçi səslə iştirak edə bilər. V. HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATLARI 5.1. Həmkarlar İttifaqının əsası ilk həmkarlar ittifaqı təşkilatlarıdır. Müəssisədə, idarədə, təşkilatda işləyən, müvafiq peşə və sahə tədris müəssisələrində təhsil alan, o cümlədən fərdi əmək fəaliyyəti ilə məşğul olan həmkarlar ittifaqının ən azı yeddi üzvü ilk həmkarlar ittifaqı təşkilatı yarada bilər. İlk həmkarlar ittifaqı təşkilatı yaradılması, onun sahə həmkarlar ittifaqına daxil olması barədə qərar həmkarlar ittifaqı üzvlərinin yığıncağı (konfransı) tərəfindən qəbul olunur. 5.2. İlk həmkarlar ittifaqı təşkilatları öz fəaliyyətlərində həmkarlar ittifaqının Nizamnaməsi olk həmkarlar ittifaqı təşkilatı haqqında Əsasnaməni, yuxarı həmkarlar ittifaqı orqanlarının qərarlarını, Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar. 5.3. İlk həmkarlar ittifaqı təşkilatları yuxarı həmkarlar ittifaqı orqanlarının formalaşmasında iştirak edir və onların fəaliyyətini maliyyəşdirir. 5.4. İlk həmkarlar ittifaqı təşkilatları həmin Nizamnaməni rəhbər tutaraq: - öz fəaliyyətlərini üstün istiqamətlərini, təşkilatlarının strukturunu, öz seçkili orqanlarının formalaşma qaydasını və funksiyalarını müəyyənləşdirir; - yuxarı həmkarlar ittifaqı orqanlarının hesabına köçürmələri icra etdikdən sonra yuxarı həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmış büdcə əsasında təşkilatda qalan maliyyə vəsaitləri üzərində sərəncam verir; - öz funksiyalarını həyata keçirmək üçün əməyi ödənilən ekspert və mütəxəssisləri cəlb edir. 5.6. Mülkiyyət formasında asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda vahid həmkarlar ittifaqı təşkilatları yaradılır. 5.7. İlk həmkarlar ittifaqı təşkilatının ali orqanı, zəruri olduqda, lakin ildə bir dəfədən az olmayaraq keçirilən yığıncaqdır (Konfransdır). 5.8. Yığıncaq (konfrans): - ilk təşkilatın əsas vəzifələrini müəyyənləşdirir; - əməyin sosial iqtisadi şərtlərinin, istehsalat məişətinin yaxşılaşdırılması barədə işəgötürənə (müdiriyyətə) tələbləri tərtib və təsdiq edir; kollektiv hərəkətlərin, o cümlədən mövcud qanunvericiliyə uyğun olaraq, tətillərin keçirilməsi barədə qərar qəbul edir; - kollektiv müqavilədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi barədə işəgötürənin (müdiriyyətin) məlumatını dinləyir; müəssisə, idarə, təşkilatın kollegial idarə orqanının tərkibinə həmkarlar ittifaqı təşkilatının nümayəndələrini məsləhət bilir; - həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının işi haqqında hesabatı dinləyir; həmkarlar ittifaqı komitəsini və təftiş komissiyasını seçir; 5.9. Cari işin aparılması üçün: - sex həmkarlar ittifaqı təşkilatında-sex komitəsi (həmkarlar ittifaqı bürosu) seçilir və yaxud müəssisənin struktur bölmələrində həmkarlar ittifaqının təmsilçiləri təyin olunur; - 15 nəfərdən az həmkarlar ittifaqı üzvünü birləşdirən ilk həmkarlar ittifaqı təşkilatında-həmkarlar ittifaqı təşkilatçısı, onun müavini və təftişçi; - 15 və daha çox həmkarlar ittifaqı üzvünü birləşdirən ilk həmkarlar ittifaqı təşkilatında-həmkarlar ittifaqı komitəsi seçilir. Sex komitəsi, həmkarlar ittifaqının təşkilatçısı, həmkarlar ittifaqı komitəsi iki-üç il müddətinə seçilir. Həmkarlar ittifaqı komitəsinin tərkibindən sədr, sədr müavini və xəzinədar seçilir. Həmkarlar ittifaqı komitəsinin iclasları zəruri olduqda, lakin üç ayda bir dəfədən gec olmayaraq keçirilir. 5.10. Müəssisələrdə, idarə və təşkilatlarda seçilmiş həmkarlar ittifaqı təşkilatçısı ilk həmkarlar ittifaqı təşkilatlarının hüquqlarını əldə rəhbər tutaraq öz üzvlərinin mənafeyini himayə edir və qoruyur. 5.11. İlk həmkarlar ittifaqı komitələri həmkarlar ittifaqı orqanlarının onlara verdiyi hüquqlara uyğun olaraq həmkarlar ittifaqı işlərini aparır, həmkarlar ittifaqı komitəsinin yığıncaqlarının (konfranslarının) qərarlarının yerinə yetirilməsini təmin edir. 5.12. İri ilk həmkarlar ittifaqı təşkilatlarının, həmçinin pərakəndə ərazidə yerləşən ilk həmkarlar ittifaqı təşkilatlarının həmkarlar ittifaqı komitələrinə İcraiyyə Komitəsinin qərarı ilə rayon həmkarlar ittifaqı komitəsi hüququ verilə bilər. 5.13. Həmkarlar ittifaqı komitəsi: - həmkarlar ittifaqı yığıncaqları (konfransları) arasındakı dövrdə öz işini həmkarlar ittifaqının məqsədyönlü fəaliyyət istiqamətinə, yuxarı orqanların qərarına və həmin Nizamnamənin müddəalarına uyğun olaraq təşkil edir; - dövlət, məhkəmə və ictimai orqanlarda, işəgötürənlər (müdiriyyətlər) qarşısında həmkarlar ittifaqı üzvlərinin mənafelərini qanunvericiliyə, kollektiv müqaviləyə və sahə (tarif) razılaşmalarına uyğun olaraq himayə edir və qoruyur; - işəgötürənlərlə (müdiriyyətlərlə) kollektiv danışıqlar aparılması təşəbbüsü ilə çıxış edir, işəgötürənlərlə (müdiriyyətlərlə) kollektiv müqavilə bağlayır və onun yerinə yetirilməsinə nəzarət edir; - işəgötürənlərlə (müdiriyyətlərlə) birlikdə əmək kollektivlərinin sosial-iqtisadi inkişaf məsələlərinə dair qərarlar qəbul edir, müəssisə tərəfindən maddi rifah halının yaxşılaşdırılmasına yönədilmiş tədbirlərin bərabər bölüşdürülməsi işində həmkarlar ittifaqının hər bir üzvünün mənafelərini müdafiə edir, əməyin ödənilməsi sistemlərini və normalarını, maddi həvəsləndirmə formalarını, tarif dərəcələrinin (maaşların) miqdarını razılaşdırır; sosial sığortanın təşkilində iştirak edir, həmkarlar ittifaqı üzvlərinə və onların uşaqlarına sanatoriya müəlicəsində köməklik göstərir; - əmək qanunvericiliyinə, istehsalatın texniki təhlükəsizlik qaydalarına və sanitariya normalarına riayət edilməsinə nəzarət edir, müəssisələrdə əmək qanunvericiliyinin pozulduğu hallarda əmək mübahisələrinə baxan orqanlara və məhkəməyə mürəciət edir; - qeyri istehsalat tikintisi planlarının yerinə yetirilməsinə, müəssisənin, ticarət, ictimai iaşə, məişət xidməti və məktəbəqədər uşaq müəssisələrinin işinə, mənzil qanunvericiliyinə riayət edilməsinə ictimai nəzarəti təşkil edir; - təsərrüfat rəhbərlərinin və müdiriyyət müvəkkillərinin sosial inkişaf və əmək məsələlərinə dair hecabatlarını dinləyir, idarənin həmkarlar ittifaqı üzvlərinin mənafeyinə və yaxud qanunvericiliyə zidd qərarlarının icrasının dayandırılmasını tələb edir; - həmkarlar ittifaqının məqsəd və vəzifələrinin həyata keçirilməsi işində qanunvericilik, kollektiv müqavilə və sahə (tarif) sazişində nəzərdə tutulmuş bütün imkan və hüquqlardan istifadə edir; - təsdiq olunmuş smetaya əsasən ilk həmkarlar ittifaqı təşkilatının əmlak və vəsaitləri üzərində sərəncam verir. 5.14. Həmkarlar ittifaqı komitəsi öz işi barəsində həmkarlar ittifaqının yığıncağına (konfransına) və yuxarı həmkarlar ittifaqı orqanlarına hecabat verir. 5.15. Birlik, müəssisə, idarə və təşkilat üzvlük haqqının nəğdsiz qaydada yığılmasını və köçürülməsini həyata keçirir. Həmkarlar ittifaqı komitələrinin normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə, kollektiv müqavilədə, sahə (tarif) sazişində nəzərdə tutulmuş qayda və şərtlər əsasında onları iş otağı, mebel, ofis texnikası, rabitə vasitələri, nəqliyyat və digər zəruri vasitələrlə təchiz edir. 5.16. Həmkarlar ittifaqı komitəsinin sədri: - vəkalətnaməsiz ilk həmkarlar ittifaqı təşkilatları adından fəaliyyət göstərir, müəssisələrin işəgötürənləri, vəzifəli şəxsləri qarşısında, həmçinin bütün orqan və təşkilatlar, o cümlədən, həmkarlar ittifaqı fəaliyyətinə aid iş və məsələlərlə bağlı məhkəmə qarşısında həmkarlar ittifaqı komitəsinin və onun üzvlərinin mənafelərini müdafiə edir; - həmkarlar ittifaqı komitəsinin işini, yığıncaqların, konfransların hazırlanması və keçirilməsini təşkil edir; həmkarlar ittifaqı komitəsinin yığıncaqlarının (konfranslarının) qərarlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; - sahə həmkarlar ittifaqı təşkilatları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlandirilməsinə zəmin yaradır, yuxarı həmnkarlar ittifaqı orqanları qərarlarının həyata keçirilməsinə şəxsi məsuliyyət daşıyır; - həmkarlar ittifaqı komitəsinin qərarlarını əldə rəhbər tutaraq təşkilatın əmlak və vəsaitləri üzərində sərəncam verir; - qanunvericilik, həmkarlar ittifaqı komitəsinin yığıncaqlarının (konfranslarının) qərarları, kollektiv müqavilə və saziş çərçivəsində nəzərdə tutulmuş digər fəaliyyət növlərini yerinə yetirir. 5.17. Müəssisə, idarə, təşkilat ləğv edildikdə və habelə bütün üzvləri həmkarlar ittifaqının tərkibindən çıxdığı təqdirdə ilk həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə xitam verilir. VI. HƏMKARLAR İTTİFAQININ ƏRAZİ, SAHƏ TƏŞKİLATLARI 6.1. Həmkarlar ittifaqı üzvlərinin, ilk həmkarlar ittifaqı təşkilatlarının müvafiq, dövlət, təsərrüfat, məhkəmə və ictimai orqanlarda hüquq və mənafelərinin təmsil olunması və müdafiə edilməsi üçün ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən ərazi, sahə təşkilatları yaradılır. 6.2. Ərazi, sahə həmkarlar ittifaqı birliklərinə yeni təşkilatların qəbul edilməsi, yaxud onun tərkibindən çıxarılması həmin birlik üzvlərinin üçdə iki hissəsindən çoxunun lehinə səs verdiyi təqdirdə həyata keçirilir; həmin yığıncaqlarda yuxarı həmkarlar ittifaqı orqanlarının nümayəndəsinin iştirakı zəruridir. 6.3. Ərazi, sahə həmkarlar ittifaqının ali orqanı zəruri olduqda, lakin ən azı beş ildə bir dəfədən gec olmayaraq keçirilən konfransdır. 6.4. Konfrans ərazi, sahə həmkarlar ittifaqı təşkilatlarının əsas fəaliyyət istiqamətini müəyyənləşdirilir, ərazi, sahə həmkarlar ittifaqı komitələrinin üzvlərini, təftiş komissiyasını seçir, onların gördükləri işlərə dair hesabatlarını dinləyir, həmkarlar ittifaqı konfransına və qurultayına nümayəndələr seçir. 6.5. Həmkarlar ittifaqının ərazi, sahə komitələri: - öz işini həmin Nizamnamə, ərazi, sahə həmkarlar ittifaqı təşkilatları haqqında Əsasnamə, qurultay, konfrans qərarları və qüvvədə olan qanunvericilik əsasında qurur, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini həmkarlar ittifaqı üzvlərinin mənafelərinin müdafiə edilməsinə yönəldir, həmkarlar ittifaqı təşkilatlarının və komitələrinin hüquqlarını qoruyur; - işəgötürən birliklərə, dövlət və təsərrüfat idarəetmə orqanlarına qarşı sahə işçilərinin sosial-iqtisadi, əmək və məişət şəraitinin yaxşılaşdırılması tələblərini formalaşdırır və irəli sürür, onların yerinə yetirilməsi qayğısına qalır; həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması ilə əlaqədər aksiyalar təşkil edir və keçirir, kollektiv hərəkətlərin, o cümlədən tətillərin qüvvədə olan qanunvericiliyə əsasən keçirilməsinə dair qərarlar qəbul edir; - həmkarlar ittifaqı təşkilatlarının birliyinə nail olmağa çalışır, onlara təşkilatı, konsultativ və hüquqi köməklik göstərir; işəgötürənlərlə (müdiriyyətlərlə) həmkarlar ittifaqı komitələri arasındakı əmək mübahisələrini və münaqişələrini təhlil edir; - rayon, şəhər, vilayət, respublika dövlət və təsərrüfat idarəetmə orqanları ilə danışıqlar aparır, müqavilə və saziş bağlayır, onların yerinə yetirilməsinə nəzarət edir; həmkarlar ittifaqı komitələrinə kollektiv müqavilələrin bağlanmasında və onun yerinə yetirilməsində köməklik göstərir; - əmək mühafizəsinin vəziyyəti, əmək və mənzil qanunvericiliyinə riayət olunması, əməyin təşkili və ödənilməsi, məşğulluğun təmin edilməsi sahəsində nəzarəti həyata keçirir, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak edir; - kollektiv müqavilələr və sazişlərin yerinə yetirilməsinə dair təsərrüfat rəhbərlərinin məruzələrini dinləyir, həmkarlar ittifaqı üzvlərinin qanuni hüquqlarının məhdudlaşdırılmasına yönədilmiş normativ aktların icrasının dayandırılmasına nail olur; - məşğulluğun ərazi proqramının, sosial və iqtisadi inkişaf planlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; həmkarlar ittifaqı üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılmasına dair yerli qanunvericilik və təsərrüfat orqanlarına təkliflər verir; - həmkarlar ittifaqı təşkilatlarının maliyyə fəaliyyətini istiqamətləndirir, onun ixtiyarına verilmiş həmkarlar ittifaqı büdcəsinə rəhbərliyi həyata keçirir, öz aparatının strukturunu və ştat vahidlərini, gəlirlər və xərclər smetasını hazırlayaraq yuxarı orqanların təsdiqinə təqdim edir, həmkarlar ittifaqı kdrlarının və fəallarının ixtisaslarının artırılması qayğısına qalır; - yuxarı həmkarlar ittifaqı orqanları tərəfindən təyin olunmuş digər funksiyaları yerinə yetirir. 6.6. Cari işlərin operativ yerinə yetirilməsinə, Nizamnamədən irəli gələn vəzifələrin həyata keçirilməsinə nail olmaq üçün ərazi, sahə həmkarlar ittifaqı sədr, sədr müavini və üzvlərdən ibarət Rəyasət Heyətini seçir, komissiya və işçi qruplar yaradır, iş qaydasını, Rəyasət Heyətinin, həmkarlar ittifaqı komitəsi sədrinin və onun müavinlərinin hüquq və məsuliyyətini, həmçinin iş rejimini təyin edir. 6.7. Ərazi, sahə həmkarlar ittifaqı komitəsi, onun rəyasət heyəti öz fəaliyyətində həmkarlar ittifaqı konfransına və yuxarı həmkarlar ittifaqı orqanına hesabat verir. VII. HƏMKARLAR İTTİFAQININ ALİ ORQANLARI 7.1. Həmkarlar İttifaqının ali orqan Məclis tərəfindən zəruri olduqda, lakin beş ildə bir dəfədən gec olmayaraq çağırılan Qurultaydırş Qurultayın çağırılması və onun gündəliyi qurultay başlamazdan bir ay əvvəl elan edilir. Həmkarlar İttifaqının növbədənkənar (fövqəladə) Qurultayı Məclisin təşəbbüsü ilə və yaxud ərazi, sahə həmkarlar ittifaqı komitələrinin üçdə birinin Plenum iclaslarının tələbi ilə çağırıla bilər. 7.2. Həmkarlar İttifaqının Qurultayı: - Həmkarlar İttifaqının Məclisinin və təftiş komissiyasının fəaliyyəti haqqında hesabatını dinləyir; həmkarlar ittifaqının növbəti vəzifələrini müəyyən edir; - Həmkarlar İttifaqı Nizamnaməsini təsdiq edir, ona dəyişiklik və əlavələr edir, təftiş komissiyası haqqında Əsasnaməni təsdiq edir; həmkarlar ittifaqı üzvlük haqlarının ödənilməsi qaydasını müəyyən edir; - Həmkarlar İttifaqının Məclisinin və təftiş komissiyasının üzvlərini semir; Həmkarlar İttifaqının sədrini seçir və ya vəzifədən azad edir, onun hüquqlarını, səlahiyyətini və məsuliyyətini müəyyən edir; - Həmkarlar İttifaqının ləğvi, yenidən təşkili barədə qərar qəbul edir; 7.3. Qurultayda qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Həmkarlar İttifaqının sədrini tutduğu vəzifədən azad etmə və həmkarlar ittifaqının ləğvi barədə qərar yetərsay olduqda, səsvermədə iştirak edən nümayəndələrin yarıdan çoxunun lehinə səs verdikdə qəbul olunmuş hesab edilir. 7.4. Qurultaylararası dövrdə Həmkarlar İttifaqının rəhbər orqanı Hımkarlar İttifaqının Məclisidir. 7.5. Həmkarlar İttifaqının Məclisi: - Nizamnamənin, Həmkarlar İttifaqı qurultayının qərarlarının yerinə yetirilməsi təşkil edir, hər bir Həmkarlar İttifaqı üzvünün qanuni hüquq və mənafevinin müdafiə edilməsinin üsulunu müəyyən edir; həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini istiqamətləndirir, onlara yardım və köməklik göstərir; üzvü olduğu ittifaqlararası birliyin, mövcud qanunvericiliyə uyğun və razılaşdırılmış səlahiyyətlər çərçivəsində, qərarlarının yerinə yetirilməsini təmin edir; - dövlət, təsərrüfat, məhkəmə orqanlarında və ictimai təşkilatlarda həmkarlar ittifaqı təşkilatlarının, onların üzvlərinin hüquq və mənafelərini təmsil edir və qoruyur; - təsərrüfat idarəetmə orqanları ilə sahə (tarif) sazişləri və müqavilələr bağlayır; - kollektiv danışıqlar aparır, sahə işçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və təsərrüfat orqanları qarşısında tələblər qoyur; onların yerinə yetirilməsi qayğısına qalır, sahə müəssisələrində kollektiv hərəkətlər, o cümlədən tətillər edilməsi barədə qərarlar qəbul edir; - qanunvericilik və icra hakimiyyəti orqanlarına sahə işçilərinin əmək və sosial iqtisadi hüquqları və mənafeləri barədə qanunvericilik və normativ aktların qəbul olunmasına dair təkliflərlə müraciət edir; - dövlət və təsərrüfat orqanlarından qüvvədə olan qanunvericiliyə zidd olan və ya həmkarlar ittifaqı təşkilatlarının, həmkarlar ittifaqı üzvlərinin mənafelərini məhdudlaşdıran qanun və qərarların ləğv olunmasına dair təklif verir, iradlarını bildirir; - əməyin keyfiyyətinə, həyat səviyyəsinə uyğun olan əmək haqqı sisteminin tətbiq edilməsinə nail olur; əmək və mənzil qanunvericiliyinə, əmək mühafizəsi qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir; - Həmkarlar İttifaqının sərancamında olan sanator-kurort, müalicə-sağlamlıq, idman-mədəniyyət müəssisələrinin və sosial sığortanın idarə olunmasında iştirak edir, işçilərin sağlamlığının möhkəmləndirilməsi və tibbi xidmətin gücləndirilməsi üçün tədbirlər görür; - ittifaqlararası və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına daxil olmaq və oradan çıxmaq barədə qərarlar qəbul edir; - verilmiş səlahiyyətlər çərçivəsində AHİK-in müvafiq orqanlarının qəbul etdiyi qərarların yerinə yetirilməsini təmin edir; - AHİK-in Nizamnaməsinə uyğun olaraq onun seçkili orqanlarına nümayəndələrini seçir və geri çağırır; - Azərbaycan Respublikasının digər sahə həmkarlar ittifaqları və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əlaqələr yaradır, həmraylik aksiyalarında iştirak edir; - ilk, ərazi həmkarlar ittifaqı təşkilatı və onların komitələri haqqında Əsasnaməni hazırlayır və təsdiq edir; - sahə həmkarlar ittifaqının Nizamnaməsinə dayişikliklər və əlavələr edir; - Sədr müavini, İcrayyə Komitəsinin üzvlərini seçir; - Qurultay, ərazi, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən ona verilmiş digər funksiyaları həyata keçirir; 7.6.Həmkarlar İttifaqının Məclisi İcraiyyə Komitəsi tərəfindən zərurət olduqda, lakin ildə bir dəfədən az olmamaq şərti ilə və orada Məclis üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Məclis, habelə onun üzvlərinin üçdə birinin təşəbbüsü ilə də çağırıla bilər. Məclisin qərarları yetərsay olduqda onun səsvermədə iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 7.7. Məclis iclaslararası dövrdə cari təşkili və aparılması, onun Nizamnamə funksiyasını həyata keçirmək üçün həmkarlar ittifaqının İcraiyyə Komitəsini seçir, daimi komissiyalar yaradır, onların iş qaydasını və səlahiyyətlərini müəyyən edir. Həmkarlar ittifaqının İcraiyyə Komitəsinin tərkibinə sədr və onun müavini də daxildir. İcraiyyə Komitəsinin iclasları zərurət olduqda, lakin üç ayda bir dəfədən gec olmayaraq çağırılır. İcraiyyə Komitəsi üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. İcraiyyə Komitəsinin qərarları yetərsay olduqda onun səsvermədə iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 7.8. Həmkarlar İttifaqının İcraiyyə Komitəsi: - Qurultayın, Məclislərin, tarif sazişlərinin və öz qərarlarının yerinə yetirilməsini təmin edir; Həmkarlar İttifaqının adından dövlət, təsərrüfat və digər orqanlar ilə birgə qarşılıqlı fəaliyyəti həyata keçirir; - ərazi, sahə həmkarlar ittifaqı komitələrinin, ilk təşkilatların fəaliyyətini əlaqələndirir, həmkarlar ittifaqı təşkilatlarının ümumi tədbirlərini, o cümlədən etiraz aksiyalarını keçirir; - ərazi, sahə, ilk həmkarlar ittifaqı komitələrinin Nizamnamə fəaliyyətinə nəzarət edir, həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsil işini təşkil edir və əlaqıləndirir; - Həmkarlar İttifaqının Məclisini çağırır, gündəlik məsələləri və iclasın keçirilmə yerini təyin edir; Həmkarlar İttifaqının və onun birbaşa xidmətinə daxil olan ilk, ərazi, sahə komitələrinin aparatının strukturunu və ştat vahidlərini, qanunvericiliyə uyğun olaraq işə qəbul edilmə, işdən azad olunma və əmək haqqının ödənilməsi qaydalarını müəyyən edir; - Maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirir, Həmkarlar İttifaqının pul vəsaitlərinə və əmlakına sərəncam verir. VIII. HƏMKARLAR İTTİFAQININ ƏMLAKI, PUL, VƏSAİTİ VƏ HÜQUQLARI 8.1. Həmkarlar İttifaqı müstəqil maliyyə təşkilatıdır, özünün maliyyə təminatı üçün sərbəst təsərrüfat fəaliyyəti aparır. 8.2. Həmkarlar İttifaqının, onun ərazi, sahə həmkarlar ittifaqı komitələri, ilk hımkarlar ittifaqı təşkilatları (həmkarlar ittifaqı komitələri, həmkarlar ittifaqı təşkilatçıları) hüquqi şəxslərdilər, banklarda hesabları var, məhkəmədə iddiacı və cavabdeh olmaq hüquqları vardır. 8.3. Həmkarlar İttifaqının vəsaitləri daxil olma və aylıq üzvlük haqlarından, təsərrüfat və sahibkarlıq fəaliyyətindən, həmin Nizamnaməyə uyğun olaraq keçirilmiş tədbirlərdən və qanuna zidd olmayan digər gəlirlərdən yaranır. 8.4. Daxil olma və aylıq üzvlük haqları aylıq əmək haqlarının, pensiyaların, təqaüdlərin iki faizi məbləğində müəyyən edilir. Fermerlər (kəndlilər), fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər daxil olma və aylıq üzvlük haqlarını istehsal olunan mahsulun satışından sonra əldə olunan orta aylıq gəlirin iki faizi miqdarında, gəliri olmayanlar isə qanunla müəyyən edilmiş minimum əmək haqqının iki faizi miqdarında ödəyirlər. Müvəqqəti olaraq işləməyən və ya işdən məhrum olan həmkarlar ittifaqı üzvləri, təqaüd almayan tələbələr, şagirdlər, pensiyaçılar həmkarlar ittifaqı komitəsinin qərarı ilə üzvlük haqqının ödənilməsindən azad edilə bilərlər. 8.5. Həmkarlar İttifaqının üzvlərinə maddi yardım göstərilməsi üçün vəsaitin toplanması və yığılması, onların hüquq və mənafelərinin dövlət, məhkəmə və təsərrüfat orqanlarında müdafiə edilməsi həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsil almaları üçün ilk həmkarlar ittifaqı təşkilatları hər ay yığılan üzvlük haqqının 65-faizdən az olmayan hissəsini ərazi, sahə həmkarlar ittifaqı komitələrinə köcürürlər. 8.6. Ərazi, sahə həmkarlar ittifaqı komitələrinin maliyyə fəaliyyəti üçün vəsaitin miqdarı və köçürülmə qaydaları tədbirlər planı nəzərə alınmaqla həmin komitələrin Plenumlarında təyin edilir. Bu halda ərazi, sahə həmkarlar ittifaqı komitələrinin xarci yığılan üzvlük haqqının 15 faizindən artıq olmamalıdır. 8.7. Sahələrarası həmkarlar ittifaqı orqanlarına və beynəlxalq həmkarlar ittifaqı birliklərinə ayırmaların məbləğini onlar üçün müəyyən edilmiş miqdarını və xüsusi vəsaitlərin artıqlığını nəzərə alaraq həmkarlar ittifaqının İcraiyyə Komitəsi müəyyən edir. 8.8. Yuxarı həmkarlar ittifaqı orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi üçün üzvlük haqqından ayırmaların müəyyən edilmiş məbləği bütün həmkarlar ittifaqı təşkilatları üçün vacibdir. 8.9. Yuxarı həmkarlar ittifaqı orqanlarına ayırmalardan sonra qalan vəsait, eləcə də digər mənbələrdən olan gəlirlər yuxarı həmkarlar ittifaqı orqanı ilə razılaşdırılmış və plenumda, yığıncaqda (konfransda) təsdiq edilmiş smeta əsasında ilk, ərazi, sahə həmkarlar ittifaqı komitələri tərəfindən istifadə edilir. 8.10. Həmkarlar İttifaqının bank hesabına daxil olan həmkarlar ittifaqı üzvlük haqları geri qaytarılmır. 8.11. Həmkarlar İttifaqı, özünün seçkili orqanı şəxsində (hüquqi şəxs) həmin Nizamnaməyə uyğun olaraq bina və qurğulara, mənzil fondlarına, torpaq sahəsinə, sanatoriya-kurort, idman-sağlamlıq və mədəni-maarif müəssisələrinin əmlakına, pul vəsaitlərinə, aksiyalara, fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər qiymətli kağızlara, əmlaklara sahibdir, onlardan istifadə edir və sərəncam verir. 8.12. Həmkarlar İttifaqının pul vəsaitindən, mülkiyyətindən istifadə etmək hüququ seçkili həmkarlar ittifaqı orqanlarına aiddir, həmin orqanların rəhbərləri zərurət olduqda, lakin ən azı ildə bir dəfə Həmkarlar İttifaqı üzvləri, öz komitəsi qarşısında hesabat verir və həmin vəsaitlərdən səmərəli istifadə etməyə görə məsuliyyət daşıyır. 8.13. Həmkarlar İttifaqı özünün seçkili orqanı şəxsində, Nizamnamənin məqsəd və vəzifələrinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada: - öz vəsaitlərindən həmin Nizamnamədə nəzərdə tutulmuş maliyyə fəaliyyətini təmin etmək üçün istifadə edir, onları təsdiq edilmiş büdcəyə (smetaya) əsasən xərcləyir; - müəssisələrini yaradır və maliyyələşdirir, təşkilatlar və cəmiyyətlərin təsisçisi kimi çıxış edir, həmkarlar ittifaqının məqsəd və vəzifələrinə cavab verən, qanunvericiliyinə zidd olmayan digər təsərrüfat, kommersiya, xarici-iqtisadi fəaliyyətlər həyata keçirir; - banklarda pul vəsaitlərini saxlayır, qoyulmuş pul vəsaitlərindən faiz alır; - konkret problemləri həll etmək, məqsədli proqramları maliyyələşdirmək və başqa məqsədlər üçün istənilən hüquqi və fiziki şəxslərlə, həmçinin xaricdə də müqavilə münasibətlərində çıxış edə bilər. 8.14. Həmkarlar İttifaqının həmraylik fondu (həmkarlar ittifaqının sex təşkilatlarına, ərazi komitələrinə maliyyə yardımı etmək üçün), kadrların hazırlanması, kütləvi informasiya vasitələri və digər fondları yarada bilər. Bu fondlar ilk, sahə ərazi həmkarlar ittifaqı təşkilatlarının üzvlük haqqı, müəssisənin, təşkilatın və ayrı-ayrı vətəndaşların xeyriyyəçilik və könüllü üzvlük haqqı, həmkarlar ittifaqının kommersiya fəaliyyətindən ayırmalar hesabına yaradılır. Fondların formalaşması və xərclənməsi qaydası İcraiyyə Komitəsi tərəfindən təsdiq olunan fondlar haqqında Əsasnamə ilə müəyyənləşdirilir. 8.15. İlk həmkarlar ittifaqı təşkilatının, həmkarlar ittifaqı komitəsinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti təftiş komissiyası və yuxarı həmkarlar ittifaqı orqanları həyata keçirir.
Azərbaycan Həmkarlar İttifaqlarının Əməyin Hüquq müfəttişliyi haqqında Əsasnaməsi I Ümumi qaydalar 1.0 «Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq müəssisənin mülkiyyət formasından asılı olmayaraq əmək müqaviləsi ilə Həmkarlar ittifaqları üzvlərinə hüquqi yardım xidməti göstərmək, onların əmək və sosial hüquqlarını müdafiə etmək məqsədi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında, sahə Həmkarlar İttifaqları Respublika komitələrində, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Vilayət Şurasında, Naxçıvan Muxtar Respublikası İşçi Konfederasiyasında Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı , Mingəçevir və digər şəhərlərin müvafiq iri həmkarlar ittifaqları komitələrinin nəzdində əməyin hüquq müfəttişliyi yaradıla bilər. 1.1 Əməyin hüquq müfəttişliyi, öz səlahiyyətlərini «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası Qanuna, Sahə Həmkarlar İttifaqları Respublika Komitəsinin Nizamnaməsinə və bu Əsasnaməyə müvafiq olaraq həyata keçirirlər. 1.2 Bu Əsasnamə ilə əməyin hüquq müfəttişliyi qarşısında qoyulan vəzifələri əməyin hüquq müfəttişləri və əməyin baş hüquq müfəttişləri yerinə yetirirlər. 1.3 Həmkarlar İttifaqları birliklərinin xidmət sahəsinə daxil olan müəssisələrdə həmkarlar ittifaqı üzvlərinin sayından , müəssisələrin dağınıq və geniş sahələrdə yerləşməsindən, sahənin iş xüsusiyyətlərindən asılı olaraq əmək müfəttişliyində əməyin baş hüquq müfəttişi, habelə əməyin hüquq müfəttişi ola bilər. 1.4. Əməyin hüquq müfəttişi vəzifəsinə Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı ali hüquq təhsilli və ixtisasına görə ən azı üç il əmək stajı olan, Azərbaycan Respublikasının əmək və sosial hüquq normalarını dərindən bilən, azərbaycan dilində mükəmməl danışan, yazıb-oxuyan, Həmkarlar İttifaqlarının üzvü olan şəxs qəbul edilə bilər. 1.5 Əməyin baş hüquq müfəttişi vəzifəsinə isə Azərbaycan Respublikasında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan, ali hüquq təhsilli və ixtisasına görə ən azı beş il əmək stajı olan Azərbaycan Respublikasının əmək və sosial hüquq normalarını dərindən bilən, azərbaycan dilində mükəmməl danışan, yazıb oxuyan, həmkarlar ittifaqının üzvü olan şəxs təyin edilə bilər. Əməyin (baş) hüquq müfəttişi vəzifəsinə işə qəbul edilməzdən əvvəl AHİK- rəhbərliyinin və hüquq şöbəsinin razılığı alınmalıdır. 1.6 Əməyin hüquq müfəttişi və eləcədə əməyin baş hüquq müfəttişi vəzifələrinə qəbul və ya təyin olunma tərəflər arasında yazılı formada əmək müqaviləsi bağlanıldıqdan sonra müvafiq həmkarlar ittifaqı təşkilat rəhbərinin sərəncamı ilə rəsmiləşdirilir. Əməyin (baş) hüquq müfəttişlərinə vəsiqə verilir. 1.7 Tabeliyində əməyin hüquq müfəttişliyi fəaliyyət göstərən həmkarlar ittifaqı birliyi əməyin baş hüquq müfəttişliyinin, yaxud əməyin hüquq müfəttişliyinin fəaliyyətinə nəzarət edir: onun iş planı təsdiq edir: ildə bir dəfədən az olmayaraq onun hesabatını dinləyir: hazırladığı hüquqi sənədləri nəzərdən keçirib, onu bəyənir və ya təsdiq edir: aparılmış yoxlama materiallarını kollegial orqanda müzakirə edir və müvafiq qərar qəbul edir. 1.8 Tabeliyində əməyin hüquq müfəttişliyi fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatı əməyin baş hüquq müfəttişləri üçün normal əmək şəraiti yaratmalı, telefon rabitəsi ilə təchiz etməli, müvafiq qanun vericilik və hüquq ədəbiyyatı, habelə müvafiq yazı ləvazimatı və xüsusi blanklarla təmin etməli. Əməyin (baş) hüquq müfəttişi (baş) hüquq müfəttişinin vəzifəsinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər. 1.9 Əməyin (baş) hüquq müfəttişləri mükafatlandırılması və intizam tənbehinə cəlb olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsi ümumi qaydalarına riayət edilməklə həyata keçirilir. 1.10 Əməyin (baş) hüquq müfəttişi əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək üçün ərizə verdikdə müvafiq həmkarlar ittifaqı təşkilatı bu barədə AHİK-in rəhbərliyinə və AHİK-in hüquq şöbəsinə yazılı məlumat göndərilməlidir. Əməyin (baş) hüquq müfəttişləri ilə bağlanmış əmək müqavilələri işəgötürənin təşəbbüsü ilə AHİK –rəhbərliyinin və AHİK-in hüquq şöbəsinin razılığı olmadan ləğv edilə bilməz. II Əməyin (baş) hüquq müfəttişinin əsas vəzifələri 2.0. Əmək qanunvericiliyinə əməl olunmasında ictimai nəzarəti və işçilərin əmək və sosial hüquqlarının təmin etməsi sahəsində əməyin (baş) hüquq müfəttişlərinin əsas vəzifələri aşağıdakılardır: - həmkarlar ittifaqı birliklərinin və ya əməyin (baş) hüquq müfəttişinin iş planına müvafiq, yaxud həmkarlar ittifaqı birliyi rəhbərliyinin tapşırığı ilə mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə, idarə və təşkilatlarda əmək və sosial qanunvericiliyinə işəgötürən tərəfindən əməl edilməsi və ya həmkarlar ittifaqı komitələrinin əmək qanunvericiliyinin tətbiqində nəzarət funksiyasının həyata keçirilməsi məsələlərini yoxlamaq və məsələni birliyin müzakirəsinə çıxarmaq və ya yuxarı təsərrüfat orqanlarına yoxlamanın nəticəsi barədə məlumat vermək və işəgötürənin yaxud həmkarlar ittifaqı komitəsinin müzakirəsinə vermək; - əhalinin məşğulluğu barədə qanuna əməl edilməsinə müəssisə, idarə və təşkilatlardan sərbəstləşdirilən işçilərə sosial təminatların verilməsinə nəzarəti həyata keçirmək; - həmkarlar ittifaqının üzvü olan işçilərin müdafiə olunması sahəsində həmkarlar ittifaqı birliyinin tapşırığı ilə idarə, müəssisə təşkilatın işəgötürəni, mülkiyyətçisi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı ilə danışıqlar aparmaq; - əməyin (baş) hüquq müfəttişinin bu Əsasnamə və mövcud qanunvericiliklə öhdəsinə düşən vəzifə borclarını yerinə yetirilməsinə mane olmağa mülkiyyətçinin və ya onun müvəkkil etdiyi idarəetmə orqanının, vəzifəli şəxslərin ixtiyarı yoxdur, əks təqdirdə onlar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar; - əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyinin, kollektiv müqavilə şərtlərinin pozulması ilə əlaqədar həmkarlar ittifaqı birliyinin verdiyi təqdimatların, çıxartdığı qərarların işəgötürən, mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı tərəfindən yerinə yetirilməsinin təmin edilməsinə nail olmaq; - həmkarlar ittifaqı birliyinin tapşırığı ilə həmkarlar ittifaqı üzvünün və başqa işçilərin xahişi ilə onların əmək və sosial hüquqlarının müdafiəsi barədə iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət etmək; lazım gəldikdə həmkarlar ittifaqı üzvünə məhkəməyə müraciət etməsi üçün sənədlərin toplanmasında ərizələrinin yazılmasında, hüquqi xidmət göstərmək; - həmkarlar ittifaqı fəallarına, əmək kollektivinə, əmək, sosial və digər sahələrdə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti həyata keçirməyə köməklik göstərmək; - əmək və sosial qanunların, habelə qanunvericilik aktların hazırlanmasında yaxından iştirak etmək; - həmkarlar ittifaqı təşkilatlarına dövlət, qeyri hökumət, ictimai birliklər tərəfindən işçilərin əmək, sosial və iqtisadi hüquq və mənafelərinə dair göndərilmiş qanun layihələrinin, habelə bu sahədə qüvvədə olan normativ hüquqi aktların və digər hüquqi sənədlərin işçilərin mənafeyinə uyğunlaşdırılması, qanun layihələrinə və mövcud qanunvericiliyə əlavələr və dəyişikliklərin aparılmasında iştirak etmək; - sahə tarif sazişlərinin hazırlanmasında, müzakirəsində iştirak etmək; sahə tarif sazişləri normalarının icra olunmasına nəzarət etmək; - kütləvi informasiya vasitələri ilə və başqa metod və üsullarla qüvvədə olan əmək və sosial qanunvericiliyin təbliğatını aparmaq; - ilk həmkarlar ittifaqları komitə üzvləri, habelə həmkarlar ittifaqları fəalları üçün təsdiq edilmiş tədbirlər planına müvafiq əmək və sosial hüquqlarına dair müxtəlif mövzularda mühazirələrin keçirilməsini təşkil və bu tədbirlərdə iştirak etmək; - ilk həmkarlar ittifaqları komitə üzvlərinə əmək və sosial qanunvericiliyin yoxlanılması üçün ayrı-ayrı məsələlər üzrə sorğular və ya metodik göstərişlər hazırlamaq; - həmkarlar ittifaqları üzvlərinə pulsuz yazılı və şifahi hüquq məsləhətlər və izahatlar vermək; - həmkarlar ittifaqı birliklərinin tabeliyində olan əməyin (baş) hüquq müfəttişinin bu birliyin rəhbərliyinin tapşırığı ilə həmkarlar ittifaqının üzvü olan işçinin əmək və digər sosial hüquqlarla bağlı ərizə, şikayət və müraciətlərinə baxmaq və onlara müəyyən edilmiş müddətlər ərzində yazılı və şifahi cavablar vermək; - mübahisə xarakterli məsələlərə həmkarlar ittifaqı birliklərinin tapşırığı ilə hüquqi rəy vermək; - həmkarlar ittifaqının üzvü olan işçinin hüquq və mənafeyini müdafiə etmək üçün tabeliyində olan həmkarlar ittifaqı birliyi rəhbərliyinin sərəncamı əsasında nümayəndə kimi rayon, şəhər məhkəmələrində və habelə apelyasiya və kasasiya instansiyalarında iştirak etmək; - tabeliyində fəaliyyət göstərdiyi həmkarlar ittifaqı birliyinin hüquq və mənafeyini müdafiə etmək üçün iqtisad məhkəməsində iştirak etmək; - əmək, sosial və digər qanun və qanunvericilik aktlarını sistemləşdirmək, normativ hüquqi aktlarda aparılan əlavə və dəyişikliklərin vaxtında qeydiyyatını aparmaq; 2.1. Həmkarlar ittifaqı birliyinin əməyin (baş) hüquq müfəttişləri mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə riayət edilməsi məsələsini yoxlayarkən aşağıdakı normalara daha artıq diqqət yetirməlidirlər; - əmək müqavilələrinin bağlanılmasına; - əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsinə; - işçilərin attestasiyasının keçirilməsində qanunvericiliyin tələblərinə əməl edilməsinə; - əmək müqavilələrinin – həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə; - əmək müqavilələrinə xitam verilərkən işəgötürən tərəfindən işçilərin hüquq təminatlarının təmin edilməsinə; - kollektiv müqavilələrin bağlanması üçn danışıqların aparılmasında, kollektiv müqavilənin hazırlanmasında, müzakirələrin aparılmasında onun qəbul edilməsi prosesində məzmununun qüvvədə olan qanunvericiliyə riayət edilməsinə; kollektiv müqavilələrin şərtlərinin qüvvədə olan qanunvericiliyinə uyğun olmasına; - kollektiv müqavilələrin şərtlərinin işəgötürənlər tərəfindən necə yerinə yetirilməsinə; - əmək iş və istirahət vaxtı rejiminə və habelə məzuniyyətlərin verilməsinə riayət olunmasında qüvvədə olan qanunvericiliyə əməl olunmasına; - əmək və icra intizamının təmin olunmasında qanunvericiliyə riayət edilməsinə; - qadınların, gənclərin yaşı 18-dən az olan işçilərin və habelə əlillərin əmək münasibətlərində və əməklə bağlı olan digər sosial məsələlərə (mənzil, kredit və s.) işəgötürənin qanunvericiliyə riayət etməsinə; - fərdi və kollektiv əmək münasibətlərinə baxılarkən qanunvericiliyə əmək edilməsinə; - işçilərin sığorta olunmalarına; - əmək kitabçalarının saxlanılmasına, qeydlərin aparılmasına və işçiyə qaytarılmasında qüvvədə olan qanunvericiliyə riayət olunmasını. - əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərin və yaxud bu səbəbdən həlak olmuş işçilərin ailələrpinə müəssisələr tərəfindən zərərin ödənilməsi qaydalarına riayət edilməsinə. 2.2. Əməyin (baş) hüquq müfəttişləri öz vəzifələrini yerinə yetirməklə yanaşı həm də: - idarə, müəssisə və təşkilatların işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etmək sahəsində həmkarlar ittifaqı komitələrinin fəaliyətini öyrənir və ümumiləşdirir, nöqsanları aşkar edir; - həmkarlar ittifaqı komitələri tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına ictimai nəzarətin həyata keçirilməsinin vəziyyəti barədə müvafiq həmkarlar ittifaqı birliklərinə Respublika (rayon, şəhər birliklərinə) təqdimatlar göndərir və buraxılmış nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsini tələb edir; - tabeçiliyində işlədiyi həmkarlar ittifaqı birliyinin qəbul etdiyi qərarların, verdiyi sərəncamların və digər hüquqi sənədlərin qanuna uyğunluğu barədə rəy verir; - həmkarlar ittifaqı birliklərinin əmək hüquq müfəttişliyi öz fəaliyyətini, əməyin texniki müfəttişliyi, ictimai təşkilatlarla dövlət orqanları, dövlət əmək müfəttişliyi, hüquq mühafizə və ədalət mühakiməsi orqanları ilə sıx təmas da qurur. III Əmək hüquq müfəttişliyinin fəaliyyəti 3.0. Həmkarlar ittifaqı birliyinin tabeliyində təşkil edilən əməyin hüquq müfəttişliyi əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyinə ictimai nəzarəti həyata keçirir və həmkarlar ittifaqı üzvlərin Əmək və sosial hüquqlarını müdafiə edir, onlara pulsuz hüquqi xidmət göstərir, habelə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsinə nail olmağa çalışır. 3.1 Əməyin hüquq müfəttişliyi müəssisə ,idarə və təşkilatların ilk həmkarlar ittifaqı komitəsi nəzdində fəaliyyət göstərən ictimai vəkilliyin, ictimai müfəttişliyin, ictimai hüquq ekspert qrupunun, ictimai hüquq məsləhətxanasının əsasnamələrini hazırlayır, onların iş təcrübəsini öyrənir, onların illik hesabatlarını alaraq təhlil edir, həmin ictimai təşkilatların işlərini ümumiləşdirir, bu ictimai təşkilatların və üzvləri üçün seminar məşğələlər keçirir, və onlar üçün metodik vəsaitlər hazırlayır və yerlərə çatdırılmasını təmin edir. 3.2 Əməyin hüquq müfəttişliyi əmək və sosial qanunvericilik aktlarının hazırlanmasında, hüquq təbliğatı sahəsində aktiv iştirak edir. 3.3. Əməyin hüquq müfəttişliyi həmkarlar ittifaqlarının hər bir üzvünün əmək, sosial hüquqlarının pozulması, onlara qarşı ayrı seçkiliyə yol verilməməsi və hüquqlarının məhdudlaşdırılmaması üçün mübariz fəaliyyət göstərir. 3.4. Əməyin hüquq müfəttişliyi əmək münasibəti iştirakçıları arasında əmək və sosial hüquqlarla bağlı mübahisələrin yaranmaması üçün profilaktik tədbirləri işləyib hazırlayır. Tərəflər arasında yarana bilən hər bir mübahisəni qarşılıqlı anlaşılma, məhkəmədən kənar danışıqlar vasitəsi ilə qanuni həll edilməsi yollarını araşdırıb axtarır. 3.5. Əmək və sosial məsələlərlə bağlı müəssisələrin iş təcrübəsini öyrənir, ümumiləşdirir, bu sahələrdə yol verilmiş hüquq pozuntularının qarşısı alınması üçün müvafiq tədbirlər işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. 3.6. Əməyin hüquq müfəttişliyi öz fəaliyyəti ilə hər bir həmkarlar ittifaqı üzvünün pozulmuş əmək və sosial hüququnun bərpası naminə mübariz əzmkarlıq göstərməli və müdafiə funksiyasını həyata keçirərək onun bərpasına nail olmalıdır. 3.7. Əməyin hüquq müfəttişliyi öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanunu və sosial hüquqlarla bağlı digər qanun və normativ hüquqi aktları rəhbər tutmuşdur. IV Əməyin hüquq müfəttişlərin əsas hüquqları 4.0. Əməyin (baş) hüquq müfəttişi öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdirlər: - tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində olan idarələrin, müəssisələrin, təşkilatların mülkiyyətçisi, işəgötürəni və ya onun müvəkkil etdiyi idarə etmə orqanı tərəfindən əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyinə əməl olunması, işçilərə sosial təminatların verilməsi məsələsini öyrənmək, habelə bu Əsasnamədə və qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan vəzifələri həyata keçirmək məqsədi ilə idarə, müəssisə və təşkilatlara, o cümlədən həmkarlar ittifaqı üzvlərinin işlədikləri başqa iş yerlərinə heç bir mane olmadan getmək; - işəgötürəndən, mülkiyyətçidən və ya onun müvəkkil etdiyi idarə etmə orqanlarından şifahi və ya yazılı sorğu əsasında yoxlama, yaxud şikayət zamanı meydana çıxan müddəalar barəsində məlumatları, arayışları tələb etmək, səlahiyyətlər və digər materiallarla tanış olmaq, onların surətlərini, habelə zəruri hallarda işlə əlaqədar vəzifəli şəxslərin izahatlarını almaq; - mülkiyyətçidən, işəgötürəndən, rəhbər və digər vəzifəli şəxslərdən əmək, həmkarlar ittifaqları haqqında və digər sosial qanunvericiliyin pozulması faktlarının aradan qaldırılmasını tələb etmək və bu tələbə əməl edilməsinə nəzarəti həyata keçirmək; - zəruri hallarda əmək, həmkarlar ittifaqları haqqında və digər sosial qanunvericiliyini pozan və onları aradan qaldırmağa məsul olan vəzifəli şəxslərə apardıqları yoxlama və ya araşdırma barəsində, tərtib etdikləri arayışın surətini mülkiyyətçiyə, işəgötürənə və ya rəhbərə, habelə vəzifəli şəxsə göndərmək; - həmin arayışda hüquq pozuntusu faktları dəqiq və aydın göstərilməli, hansı qanun və ya normativ hüquqi aktın normalarına (maddəsinin, bölməsinin, fəslinin, hissəsinin, bəndinin və s.) əməl edilməməsi, bu nöqsan və pozuntuların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi və görülmüş tədbirlər barəsində əməyin hüquq müfəttişliyinə 30 təqvim günündən gec olmayaraq cavab verilməsi xahiş olunmalıdır. Əməyin hüquq müfəttişi müəssisənin mülkiyyətçisinə, işəgötürənə, rəhbər və digər vəzifəli şəxslərə yoxlama və ya araşdırma barəsində göstərdiyi arayışın surətini ilk həmkarlar ittifaqı komitəsinə də göndərə bilər. Yoxlama və ya araşdırma barədə tərtib edilmiş arayış ilk həmkarlar ittifaqı komitəsinə göndərildikdə, əməyin (baş) hüquq müfəttişi ilk həmkarlar ittifaqı komitəsinə müvafiq təqdimat verir. Təqdimatda ilk həmkarlar ittifaqı komitəsindən tələb olunur ki, arayışda göstərilən nöqsanların aradan qaldırılması üçün həmin məsələlərə diqqət və nəzarət funksiyasını artırsın, habelə gələcəkdə belə nöqsan və hüquq pozuntularına yol verilməməsi üçün təsirli tədbirlər işləyib hazırlasın, nəticəsi barədə əməyin hüquq müfəttişliyinə 30 təqvim günündən gec olmayaraq yazılı məlumat versin. - əmək, sosial və həmkarlar ittifaqları haqqında qanunvericiliyin kobud şəkildə pozulmaları, kollektiv müqavilələr və sazişlər üzrə öhdəliklər yerinə yetirilməməsi faktları barədə, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin mülkiyyətçisinə yuxarı idarəetmə orqanına, müvafiq dövlət orqanlarına məlumat verə bilər. - əmək sosial və həmkarlar ittifaqları haqqında qanunvericilik aktlarının qanunvericilik aktlarının normalarını pozan işəgötürənin, rəhbər və ya vəzifəli şəxslərin məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldıra bilər. 4.1. Əməyin (baş) hüquq müfəttişi eyni zamanda: - fərdi və kollektiv əmək mübahisələrin həlli üçün həmkarlar ittifaqı təşkilatına, işəgötürən mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı arasında danışıqlar aparılmasına hüquqi yardım göstərir; - işçilərin hüquqlarının və qanun mənafelərinin pozulması barədə həmkarlar ittifaqı birliyi tərəfindən mülkiyyətçiyə və onun müvəkkil etdiyi idarəetmə orqanına verdiyi arayışın yerinə yetirilməsinə nəzarət edir; - həmkarlar ittifaqı üzvlərinə və digər işçilərə əmək mübahisələri orqanlarına müraciətləri zamanı hüquqi yardım göstərmək, habelə onların xahişi ilə və ya həmkarlar ittifaqı birliyinin tapşırığı ilə işçinin pozulmuş hüququnun müdafiəsi üçün müvafiq sənədləri toplayır, iddia ərizəsi yazır və ya bu işdə həmkarlar ittifaqları üzvlərinə hüquqi xidmət göstərir və lazım gəldiyi hallarda həmin sənədləri məhkəməyə göndərərək onun məhkəmə prosesində müəyyən edilmiş qaydada ona verilmiş səlahiyyətlər dairəsində işçinin nümayəndəsi kimi çıxış edir, işçinin hüquqlarını müdafiə edir; - mülkiyyətçinin, işəgötürənin və ya onun müvəkkil etdiyi idarəetmə orqanının təşəbbüsü ilə müəssisənin və onun struktur bölmələrinin ləğv edilməsi, istehsalın tamamilə və ya qismən dayandırılması ilə əlaqədar olaraq işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə aparılan danışıqlarda iştirak etmək və zəruri hallarda qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirlər görülməsi üçün təşəbbüskarlıq göstərir; V Əməyin hüquq müfəttişlərindən verilən şikayətlərə baxılması qaydası 5.1. müəyyən edilmiş qaydada aparılmış yoxlama və ya araşdırma nəticəsində əməyin (baş) hüquq müfəttişi tərəfindən tərtib edilmiş və yaxud işçilərin müraciətləri ilə aparılmış yoxlamanın nəticələrinə görə mülkiyyətçiyə, işəgötürənə rəhbər və ya vəzifəli şəxsə verilmiş arayışın və məktubun məzmunu ilə razılaşmayan və bu barədə əməyin (baş) hüquq müfəttişinin hərəkətlərindən məktubu aldığı gündən 10 gün müddətində tabeliyində olan həmkarlar ittifaqları birliyinin rəhbərliyinə şikayət verir. Bu şikayətə 1 ay ərzində baxılıb, cavab verilməlidir. 5.2. Şikayətə həmkarlar ittifaqı birliklərinin kollegial orqanında baxılır. 5.3. Həmkarlar ittifaqı birlikləri həmin məsələni kollegial orqanın müzakirəsinə çıxarmamışdan əvvəl AHİK-in hüquq şöbəsi ilə məsləhətləşmə apara, yazılı rəy verilməsi xahiş oluna və ya AHİK-in hüquq şöbəsinin müdiri kollegial orqanın iclasına dəvət oluna bilər. 5.4. Həmkarlar ittifaqı birliyi kollegial orqanı əməyin (baş) hüquq müfəttişi barədə çıxardığı qərar qətidir və yalnız AHİK sədrinin sərəncamı ilə həmin məsələ ikinci dəfə həmin kollegial orqanın müzakirəsinə verilə bilər. 5.5. Həmkarlar ittifaqı birliyi qəbul etdiyi qərar barədə şikayətçiyə, mülkiyyətçiyə, işəgötürənə, rəhbərə və ya vəzifəli şəxsə yazılı məlumat verməlidir. Əgər müraciətçinin şikayəti əsaslı olarsa əməyin hüquq müfəttişi tənbeh oluna bilər. Mülkiyyətçiyə, işəgötürənə, rəhbərə və ya vəzifəli şəxsə əməyin (baş) hüquq müfəttişinin göndərilmiş arayışında və ya məktubunda qoyulmuş tələblər qanunauyğun deyildirsə, həmin tələbləri icrası həmkarlar ittifaqı birliyi rəhbərliyinin sərəncamı ilə baxılır və ya həmkarlar ittifaqı birliyi tərəfindən həmin sənədlərin qismən icra olunması tələb edilir. 5.6. Əməyin (baş) hüquq müfəttişi həmkarlar ittifaqı birliyinin kollegial orqanı tərəfindən çıxarılmış qərar ilə razı olmadıqda AHİK rəhbərliyinə və ya məhkəməyə müraciət etmək hüququ vardır. 5.7. Əgər müəssisənin mülkiyyətçisi, işəgötürəni, rəhbər və ya şəxsi həmkarlar ittifaqı birliyinin tələbi ilə əməyin (baş) hüquq müfəttişinin arayışını və ya məktubunu qismən icra etməkdən imtina edərsə, həmkarlar ittifaqı birliyini işçinin (işçilərin) hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Eyni zamanda onun məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanları qarşısında məsələ qaldırıla bilər. VI Əmək hüquq müfəttişliyinə metodik və təcrübə rəhbərliyin həyata keçirilməsi 6.0. AHİK-in hüquq şöbəsi hüquq müfəttişliyinin öhdəsinə düşən vəzifələrin həyata keçirilməsinin, əməyin (baş) hüquq müfəttişlərinin hüquqlarının təmin olunmasını təşkil edir. 6.1. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsi respublika həmkarlar ittifaqı birliklərinin tabeliyində fəaliyyət göstərən əməyin hüquq müfəttişlərinin işini əlaqələndirir, onların təcrübi metodik rəhbərliyini həyata keçirir. 26 iyul 2004-cü il Azərbaycanda İKT-nin inkişafı və bu prosesdə həmkarlar ittifaqlarının iştirakı barədə AHİK-in İcraiyyə Komitəsinin qərarı Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı və bu prosesdə həmkarlar ittifaqlarının iştirakı barədə AHİK-in İcraiyyə Komitəsi qərara alır: 1. AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin təqdim etdiyi «Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı və bu prosesdə həmkarlar ittifaqlarının iştirakı barədə» arayış nəzərə alınsın (əlavə olunur).2. AHİK-in üzv və tabeliyində olan təşkilatlara tövsiyə olunsun ki, informasiya sahəsində yeni avadanlıq, kadr və texnologiyaların tətbiqində və geniş istifadə edilməsində səylərini artırsınlar, İKT üzrə Milli Strategiyanın və AHİK-in informasiya siyasəti Konsepsiyasının həyata keçirilməsində fəallıq göstərsinlər. 29 oktyabr 2007-ci il
FONDU