Azərbaycan Respublikası
Su Təsərrüfatı İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi
Xalqa xidmət, haqqa xidmətdir!
Fəaliyyət
istiqamətləri
Ali
orqanlar
Hüquqi
baza
Sosial əmək
hüquqları
Beynəlxalq
əlaqələr
Əməyin
mühavizəsi
Gənclər
siyasəti
Gender
siyasəti
Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
Respublika Komitəsinin fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir.
Respublika Komitəsi öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.
Təşkilat öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.
Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. Təşkilat öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.
Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 88 təşkilatda 12134 nəfər ittifaq üzvünü özündə birləşdirir.
Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquqi ünvanı: Bakı şəhəri, Moskva prospekti 67.
Respublika Komitəsi 15 mart 2006-cı il tarixində 1253 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi EPSU ( İctimai Birliklərin Avropa Federasiyası) və PSİ (Beynəlxalq İctimai Xidmətlər Federasiyasının) rəsmi üzvüdür.
FONDU